İlham Əliyev Belarus prezidenti ilə telefonla danışdı

img

19-02-2016 [14:32]


Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
APA-nın "belapan.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı müzakirə aparıblar. "Prezidentlər qarşılıqlı ticarətin fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər. Belarus tərəfi xüsusilə, gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxmaq üçün Azərbaycanla bütün sahələr üzrə birgə istehsalın yaradılması məsələsini nəzərdən keçirməyə hazırdır. Dövlət başçıları beynəlxalq gündəlikdə olan məsələləri də müzakirə edib və ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıblar”, - deyə məlumatında deyilir.
Qeyd edək ki, Azərbaycan və Belarus prezidentlərinin sonuncu görüşü İlham Əliyevin ötən il noyabrın 28-də Belarusa səfəri zamanı baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA