19-02-2016 [12:39]
Bir müddət öncə Sumqayıt şəhəri 22 saylı məktəbdə şagirdi döydüyünə görə işdən çıxarılan tarix müəllimi İdris Hüseynovla bağlı yeni xəbər var. Xatırladaq ki, ötən ay yaşanan bu hadisədən sonra müəllimin bu hərəkətləri qınayanlarla yanaşı, onu tərbiyəsiz şagirdi döydüyünə görə müdafiə edənlər də olmuşdu.
Mia.az modern.az-a istinadən bildirir ki, ötən ay müəllimlikdən azad edil İdris Hüseynov bu günlərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbuluna düşüb. Keçmiş müəllimi qəbul edən icra başçısı onun hadisə barədə dediklərini dinləyib, məsələni araşdırıb və işlə təmin edib.
Modern.az-a açıqlamasında İdris Hüseynov faktı təsdiqləyib.
"O hadisə baş verəndən 4-5 gün sonra icra başçısı Zakir Fərəcovun qəbuluna çağırıldığımı dedilər. Düşündüm ki, son baş verən hadisələr fonunda orada da mənə nəsə deyəcəklər. Lakin düşündüyüm mənzərə ilə qarşılaşmadım. İcra başçısı məni dinlədi, məsələ ilə bağlı əsl həqiqəti öyrəndi və sonra işlə təmin etdi. Allah ona cansağlığı versin. Çoxları kimi, Zakir müəllim də mənim tərəfimdə durdu və ilin-günün bu vaxtında işsiz qalmamağıma səbəb oldu. Baxmayın, mənim yaşda insanlara iş tapmaq çox çətindir. Zakir Fərəcov mənə ikinci həyat bəxş etdi".
İ.Hüseynov hazırda Sumqayıt Şəhər Kommunal Təsərrüfat İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə müəhəndis işlədiyini qeyd edib.
"Hal-hazırda işdəyəm, işimdən razıyam, gözəl kollektivlə işləyirəm. Yəni ciddi problemim yoxdur. Sadəcə, sarsıntılar keçirmişdim, əsəblərim korlanmışdı. Onlar da yavaş-yavaş bərpa olunur".
Keçmiş müəllim iddia edir ki, hadisələrin belə məcrada davam etməsində kimlərsə maraqlı olub.
"Hansı müəllim durduğu yerdə heç nədən uşaq vura bilər? Müəllimin əsəblərini tarıma çəkəndə belə olur. Həmin vaxtı da nadinc uşağa hirslənmişdim ki, "daha bəsdir, məni boğaza yığdın". Bəziləri çıxıb televiziyada nə gəldi danışırlar. Bu hadisənin üzərindən 1 ay keçib, amma yenə də məndən əl çəkmirlər. Bu günə qədər şifahi xəbərdarlığım olmayıb. Amma durub birdən-birə işdən azad edirlər. Bu nə dərəcədə düzgündür? Yatsam, yuxuma girməzdi ki, başıma belə hadisə gələr.
O hadisənin videosunu çəkən uşaq kimin sifarişini yerinə yetirib, videolenti sonra aparıb kimə verib, bunları araşdırmaq lazımdır. Mən araşdırmışam, amma belə bir söz var: "İman bir yana, güman bir yana". Əlimdə tutarlı dəlilim yoxdur, heç kim də boynuna almır. İndi işlədiyim üçün vaxtım da yoxdur ki, bu işin üstünə düşüm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi