"Guya mənim milyonlarım batıb?" - Tağı Əhmədovdan reaksiya

img

18-02-2016 [23:40]


Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov bağlanan bankalarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbərlərə reaksiya verib.

Mia.az azvision.az-a istinadən xəbər verir ki, Tağı Əhmədov yayılan xəbərlərin yalan olduğunu bildirib:

"Kim nə istəyir yazsın, bu, məni maraqlandırmır. Guya mənim milyonlarım batıb. Ağ yalandır”.

Qeyd edək ki, mətbuatda manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA