Hökumət qərar verdi: 9 gün iş olmayacaq

img

18-02-2016 [15:24]


Mart ayında 9 gün qeyri-iş günü olacaq. 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.
Nazirlər Kabinetinin qərarına əsasən isə 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında ardıcıl 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günüdür.
Beləliklə, mart ayında ümumilikdə 9 gün qeyri-iş günü olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA