"...dəhşətli hadisədən çox hiddətləndik" - Zakir Həsənov

img

18-02-2016 [10:58]


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaza və qardaş respublikanın Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb. "Report"un xəbərinə görə, məktublarda bildirilir: "Qardaş Türkiyə Respublikasının Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara isə Tanrıdan şəfa diləyirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA