18-02-2016 [10:29]
Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın sonlarında yenidən formalaşdırılacaq.
Bir neçə gün əvvəl YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov MSK-nın mart ayına qədər formalaşacağını açıqlayıb. Report.az-a müsahibəsində o deyib ki, hazırda YAP-da bununla bağlı hazırlıq işləri gedir: "Bəzi məsələlər həll edildikdən sonra partiyanın İdarə Heyətinin qərarı ilə MSK üzvlüyünə namizədlərimizi müəyyən edəcəyik”.
"Hazırkı tərkibdə dəyişiklik gözlənilirmi” sualına S.Novruzov belə cavab verib: " Bu, İdarə Heyətinin səlahiyyətinə daxildir. Belə ki, namizədlər İdarə Heyətinə təqdim olunurlar, orada baxılır, sonra da qərar qəbul edilir”.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK-nın və aşağı seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Seçki Məcəlləsinə görə, MSK 18 üzvdən ibarətdir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan deputatları, 6 üzvü isə Milli Məclisdə azlıq təşkil edən partiyaları təmsil edir.
MSK-nın sədrinin kimliyinə gəlincə, məlumatlara görə, böyük ehtimalla bu dəfə də hakimiyyət bu vəzifəni Məzahir Pənahova həvalə edəcək.
Yeni Milli Məclisdə YAP 69 deputatla, VHP iki deputatla, BAXCP, ADİSP, BQP, MDHP, ASRP, Vəhdət, VBP, ADMP və ASDP isə hərəsi bir deputatla təmsil olunur. Qalan deputatlar isə bitərəflərdir.
"Qafqazinfo” xəbər verir ki, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçki komissiyalarının yeni tərkibdə formalaşacağının nə vaxt baş verəcəyi ilə bağlı dəqiq informasiyaya malik deyil, ancaq Siyavuş Novruzovun açıqlamasından belə görünür ki, fevral ayında MSK formalaşdırılacaq: "2010-cu ilin noyabrında keçirilmiş seçkilərdən sonra seçki komissiyalarının formalaşması 2011-ci il fevral ayının ortalarında həyata keçirilmişdi.
Görünür, bu dəfə də belə olacaq. Şübhəsiz ki, Vəhdət Partiyası parlament partiyası olduğu üçün seçki komissiyalarında təmsil olunacaq. Müəyyən dairə və məntəqə seçki komissiyalarında yəqin ki, proporsional bölgü nəticəsində Vəhdət də təmsil olunacaq. Mərkəzi Seçki Komissiyasında bizim partiyanın nümayəndəsinin olub-olmayacağını isə bu gün dəqiq deyə bilmərəm. Çünki 6 yer var və parlamentdə azlıqda qalan partiyaların sayı 10-dur. İndi görək həmin 6 yerə bu 10 partiyadan hansıların təqdim etdiyi namizədlər daxil olacaq. Əlbəttə, biz istərdik və arzu edərdik ki, Vəhdət MSK-da təmsil olunsun”.
Parlamentdə təmsil olunan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, fevral ayında MSK-nın yeni tərkibdə formalaşacağı gözlənilir: "MSK-nın formalaşması ləngiyir. Niyə ləngidiyini Milli Məclisin növbəti iclasında qaldıracağıq. Təbii ki, partiyamızın MSK-da təmsil olunmasını istəyirik. Azlıqda olan partiyaların nümayəndələri MSK-da iştirak eləməlidir. Burada heç bir narahatçılıq yoxdur. Məsələ qanuna uyğun olaraq həll olunacaq”.
Qanunvericiliyə görə, Mərkəzi Seçki Komissiyasının yeni tərkibi yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Milli Məclis tərəfindən təsdiqlənməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi