Ankaranı qana boyayan terrorçunun kimliyi məlum oldu- FOTO

img

18-02-2016 [10:21]


28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan Ankaradakı qanlı terroru kimin törətdiyi məlum olub.
 

Mia.az Türkiyə mətbuata istinadən xəbər verir ki, bu, kürd terrorçu Salih Necardır. PYD/YPG üzvü olan Necarın kimliyini hadisə yerindəki cəsədinin qalıqlarından və barmaq izindən müəyyən etmək mümkün olub.

 

Suriya vətəndaşı olan Salih Necar Türkiyəyə ötən ilin iyul ayında suriyalı qaçqınların arasında gəlib. Necar qaçqın düşərgəsinə yerləşdiriləndə ondan barmaq izi alınıb. Polis Necarla əlaqəsi olduğu təsbit edilən iki nəfəri həbs edib. 

 

Xatırladaq ki, "Reuters” adını açıqlamadığı yüksək vəzifəli Türkiyə rəsmisinə istinadla bildirib ki, terroru PKK törədib. Bununla belə Türkiyənin cənub-şərqindəki təhlükəsizlik rəsmiləri terrorun İŞİD tərəfindən törədildiyi ehtimalını da irəli sürüblər.

 


 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA