Türkiyə generalı və həyat yoldaşı Ankara terrorunda yaralandı

img

18-02-2016 [10:19]


Ötən gün Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi vaxtı yaralananlar arasında yüksək rütbəli hərbçi də olub.

Mia.az anspress-ə istinadən bildirir ki,  məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının rəsmi saytında məlumat yayılıb.

Baş qərargahın açıqlamasında yaralıların ümumi vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, terror hadisəsi nəticəsində yaralanan 61 yaralıdan 30 nəfəri ambulator müayinədən sonra evə buraxılıb. Digər 31 nəfərdən 8-nin müalicəsi "Gülhanə Hərbi Tibbi Akademiyası" (GATA), 23 nəfərin isə müalicəsi mülki xəstəxanalarda davam edir.

Həmçinin xəbərdə, terakt zamanı yaralanan general-mayor Reha Üfüq və həyat yoldaşının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA