17-02-2016 [21:43]
"Son illər dünyada, xüsusilə Yaxın Şərqdə xarici müdaxilədən əziyyət çəkən insanlar canlarını qurtarmaq üçün böyük əziyyətlərə qatlaşaraq, təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Orada isə onlara qarşı bəzi hallarda nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Gəncədə "İmamzadə” dini kompleksində ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdə deyib.
Azərbaycanın da ötən əsrin 90-cı illərinin əvvəllərində humanitar fəlakətlə üzləşdiyini, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən prezident İlham Əliyev ölkəmizin bu böhranın öhdəsindən təkbaşına gəldiyini diqqətə çatdırıb.
Dövlər başçısının sözlərinə görə, bu gün müşahidə olunan immiqrant probleminin digər tərəfi Avropada radikal meyllərin arması ilə bağlıdır ki, bu da özlüyündə dinlərarası münasibətlərdə böhrana gətirib çıxara bilər.
2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edildiyini deyən prezident İlham Əliyev keçən il Bakıda Avropa oyunlarının, gələn il isə İslam həmrəyliyi Oyunlarının keçiriləcəyini deyib:
"Bütün bunlar bölgədə və dünyada sabitliyə töhfə verib. Biz öz yolumuzla gedirik, başqa ölkələrin daxili işinə qarışmırıq və belə bir fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, verməyəcəyik ki, daxili işlərimizə qarışsın. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Harada vəziyyətin ağır olduğunu görürük, sözümüzü deyirik, yol göstəririk, öz nümunəmizi təklif edirik.
Sadəcə kimisə tənqid etmək üçün hansısa fikirləri səsləndirmirik. Deyirik ki, baxın bu məsələ Azərbaycanda necə həll olunub.
Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid ideya, amal uğrunda birləşə bilir? Niyə başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökürlər?
Yaxın Şərqdə vuruşanların əksəriyyəti anlamır, bilmir ki, kimin tərəfində vuruşur, kimin maraqlarını müdafiə edir. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar. Elə günə salırlar ki, o şəhərlərin bərpası, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Niyə görə?
Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi var. Harada hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar qüvvə bu hakimiyyətin iradəsinə təsir edə, hakimiyyəti heç bir avantüraya çəkə bilməz.
Bir də demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi də Azərbaycan xalqıdır”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi