17-02-2016 [20:00]
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin binası qarşısında intihara cəhd baş verib.
Mia.az-ın məlumatına görə, rayondakı mənbələrdən azadliq.info-ya bəlli olub ki, polis və məhkəmənin qanunsuzluğundan icra başçısına şikayət etmək istəyən Alar kəndindən Əliyevlər ailəsi zorakılıqla üzləşib. Buna görə də ailə üzvlərindən biri – Tərlan Əliyev özünü bıçaqla doğrayıb. Daha iki nəfər isə özünü yandırmaq istəyib, lakin ətrafdakılar onlara mane ola biliblər. Daha sonra şikayətçilər polis şöbəsinə aparılıblar.
Yaralı Tərlan Əliyev isə rayon xəstəxanasına yerləşdirilib.
Ailə başçısı Füzuli Əliyev, onun yetkinlik yaşına çatmamış oğlu Allahverdi Əliyev və qardaşı oğlu Rüstəm Əliyev hazırda polis şöbəsindədirlər.
Cəlilabad RİH başçısının köməkçisi Malik Şərbətov lent.az-a açıqlamasında bildirib ki, hadisə məhkəmədən boyun qaçıran şəxslər tərəfindən törədilib:
"Bir müddət əvvəl Alar kəndində qonşular arasında dava olub. Dava zamanı bir qrup kənd sakini Hətəmov Siyasət Sücəddin oğlunun övladını döyüblər. Bundan sonra məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və məhkəməyə göndərilib. İş məhkəmədə olarkən hadisəni törədən şəxslər icra hakimiyyətinin qəbuluna yazılıblar. Mən şəxsən onları qəbul etmişəm və daha sonra kənd icra nümayəndəliyinə tapşırmışıq ki, tərəfləri barışdırmağa kömək etsinlər. Ağsaqqalların da iştirakı ilə qonşular barışdırılıb. Amma eyni zamanda məhkəmə prosesi də davam edir və tərəflər məhkəməyə də gəlməlidirlər. Lakin hadisəni törədən Əliyev Tərlan Elbəy oğlu, Əliyev Rüstəm Elbəy oğlu və Əliyev Allahyar Füzuli oğlu məhkəməyə getmək istəməyiblər və icra hakimiyyətinin yaxınlığına gəliblər. Burada Tərlan Əliyev camaatın gur olduğu yerdə kəsici alətlə özünə, qarın nahiyəsinə xəsarət yetirib”.
RİH nümayəndəsi əlavə edib ki, insidenti törədən şəxslərin psixoloji vəziyyətlə bağlı problemi var və özünə xəsarət yetirən şəxs daha əvvəl ruhi-əsəb dispanserində müalicə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi