Kəmaləddin Heydərov indoneziya, Sinqapur və Malayziyada izgüzar səfərdə olub

img

11-03-2010 [07:52]


Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 5-10-da İndoneziya, Sinqapur və Malayziyada işgüzar səfərdə olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı İndoneziya daxili işlər nazirinin müavini Aqunq Mulyana və İndoneziya energetika və təbii sərvətlər naziri Darvin Zahedi Saleh, Sinqapur baş nazirinin xüsusi müşaviri Fillip Yeo, Sinqapurun xarici işlər naziri Corc Yeo və Malayziya xarici işlər nazirinin müavini Datu Lee Çi Leonq ilə görüşlər keçirilib. Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər zamanı təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən bir sıra qurumların rəhbərləri, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin təşkili üçün zəruri olan xüsusi fərdi mühafizə və yanğın təhlükəsizliyi vasitələrinin, müxtəlif növ yanğınsöndürən və texniki avadanlıqların istehsalı ilə məşğul olan bir qrup şirkətlərin nümayəndələri ilə də görüşlər keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA