17-02-2016 [17:35]
Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunan "Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Prezident İlham Əliyevə müraciət edib.
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, N.Köçərli Daxili İşlər Nazirliyinin dünənki açıqlamasından sonra ona qarşı qanunsuz işlər başladıla biləcəyindən ehtiyat etdiyini və təhlükədə olduğunu bildirib. Sahibkar Prezidentdən bu işi nəzarətə götürməsini xahiş edib.
Müraciətin tam mətnini təqdim edirik:
"Dünən DİN-in mənim ünvanıma tam yalan və böhtanla dolu bəyanat verməsindən sonra başa düşdüm ki, vəziyyət mənim düşündüyümdən daha qəliz və təhlükəlidir. Mən DİN-ə müharibə elan etməmişəm. Sadəcə cinayətin araşdırılmasına nail olmağa çalışırdım. Lakin indi elə çıxır ki, cinayətkar mən özüməm? Yəni istənilən anda mənə qarşı cinayət işi saxtalaşdırıla bilər? Məni və "Əli və Nino"nu hansısa təxribata cəlb edə bilərlər?
DİN-in açıqlamasından sonra ailəmin və özümün qorxduğumu gizlətməyəcəyəm. Bu gecə atam və qardaşım təhlükəsizliyim üçün qorxduqlarından mənimlə birlikdə idilər. Bir çoxları mənə ölkədən getməyi məsləhət görür. Lakin mən bu barədə düşünmək istəmirəm - qoy, cinayəti törədənlər getsinlər.
Mən ziyalı ailəsində böyümüşəm, uşaqlıqdan qayğı və sevgiylə əhatə olunmuşam, təhsil və xeyirxahlığın gücünə inanaraq böyümüşəm. Həmişə məni ağıllı, xeyirxah, nəcib insanlar əhatə ediblər. Sahibkarlıqla məşğul olduğum illər ərzində mən qanunun gücünə ürəkdən inanaraq möhkəm olmağı öyrənmişəm. Dünənki hadisə isə mənim üçün tamamilə şok oldu.
Mən, daxili işlər naziri Ramil Usubova müraciət edirəm!
Mən Nəsimi Rayon Polis İdarəsinə heç kimin müşayiəti olmadan getmişəm. Çünki Prezidentə şikayət etməyimin cavabında təhqir və təhdid olunacağım, daha sonra DİN-nin bəyanatında İdarə rəhbərliyinə hücum etməkdə günahlandırılacağım ağlıma belə gəlməmişdi. Mən əminəm ki, idarə rəisinin kabinetində videoçəkiliş həyata keçirilib. Xahiş edirəm, onunla tanış olun, sonra isə onu hamı üçün əlçatan edin. Mən bu məsələdə təkid edirəm.
Mən, dövlət başçısı İlham Əliyevə müraciət edirəm!
Sahibkarlıq fəaliyyətim ərzində mən dəfələrlə məmur özbaşınalığı ilə qarşılaşmışam və sizə kömək üçün müraciət etmişəm (president.az saytı vasitəsilə). Hər dəfə bir qayda olaraq haqq-ədalət öz yerini tapıb. Siz ölkə məmurlarına sahibkarlara kömək etmək və dəstəkləmək tələbi ilə müraciət etdiyiniz bir zamanda mənim sizə şikayətim böhtana məruz qalmağıma səbəb olur. DİN-in ünvanıma böhtan dolu bəyanatı ilə tanış olduqdan sonra, başa düşdüm ki, istənilən an mənə qarşı qanunsuz əməllər həyata keçirilə bilər. Mən təhlükədə olduğumu hiss edirəm. Xahiş edirəm ki, bu işi şəxsi nəzarətinizdə saxlayasınız”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi