17-02-2016 [16:28]
Fevralın 16-da bəzi informasiya saytlarında (məsələn, apa.az, mia.az, bizimyol.info) Dövlət Təhlükəsizliyi Xidmətinə yeni vəzifə həvalə olunması haqqında məlumat yayılıb.
Söhbət "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanından gedir. Həmin Fərmanın 5.69-cu bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 597-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır.
Bununla əlaqədar Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AZƏRTAC-a bildirib ki, bu bənd İnzibati Xətalar Məcəlləsinin 597-ci maddəsinə aiddir:
"Həmin maddədə söhbət qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasından gedir. Bu maddə xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş bütün hüquqi şəxslərə yox, yalnız həmin şəxslər tərəfindən təsis edilmiş özəl mühafizə müəssisələrinə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) şamil edilir.
Həmçinin bu vəzifə heç də yeni vəzifə deyil. Xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş və mühafizəçilərinin fiziki qüvvə və xüsusi vasitələrdən istifadə etmək hüququ olan özəl mühafizə müəssisələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyətinə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarət edilməsi imkanları İnzibati Xətalar Məcəlləsinin əvvəlki redaksiyasında da (maddə 348-2) və həmin Məcəllənin tətbiqi barədə 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanın 3.49-cu bəndində də nəzərdə tutulub.
Bu maddə İnzibati Xətalar Məcəlləsinin əvvəlki redaksiyasına "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar 2007-ci oktyabrın 19-da, Məcəllənin tətbiqi barədə 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanın 3.49-cu bəndi isə 2007-ci il noyabrın 23-də həmin Fərmana əlavə edilib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi