Elmar Məmmədyarov iran xarici izlər nazirinin müavinini qəbul edib

img

11-03-2010 [07:47]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikası xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə tərəflər İran ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti, mövcud və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparıb, ölkələrimiz arasında bütün sahələrdə və istiqamətlərdə mövcud sıx əməkdaşlıq məsələlərinə toxunaraq, bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyinin müsbət hal olduğunu vurğulayıblar. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA