17-02-2016 [16:07]
"Çox təəssüf ki, bəşəriyyət qanlı Xocalı faciəsinə şahidlik etdi və susdu. Xocalı faciəsi 26 fevral 1992-ci ildə törədilməsinə baxmayaraq, bu haqda həqiqətləri, real faktları, törədilmiş faciənin ümumi əhatəsini, bir xalqa qarşı törədilmiş etnik soyqırımın bütün dəhşətlərini Azərbaycanın səyi, xarici tərəfdaşlarımızın iştirakı ilə yalnız son illərdə dünyaya çatdıra, faciəyə real qiymət verilməsinə nail ola bilmişik”.
Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Atəşkəs” filminin təqdimatındakı çıxışında deyib.
Ə. Həsənov bildirib ki, Heydər Əliyev hakimiyyətə qayıdana qədər – 1992-1993-cü illərdə Xocalı, 20 Yanvar qırğınlarına və digər hadisələrə Azərbaycanda siyasi maraqlar çərçivəsində yanaşılıb, baş verənlərə real qiymət verilməyib: "Bu faciənin əsl səbəbkarlarının adı çəklməmişdi, hadisəni törədənlərin məqsədi bəşəriyyətə və Azərbaycan xalqına çatdırılmamışdı. Yalnız 1993-cü ildə ümummilli lider hakimiyyətə qayıdandan sonra Azərbaycan xalqına qarşı törədilmiş hadisələr özünün real və hüquqi qiymətini aldı. Eyni zamanda Azərbaycan dövlətinin ixtiyarında olan daxili, xarici resurslar vasitəsilə bu faciə xarici ölkələrə çatdırıldı. Son 5 ildə bu iş daha intensiv həyata keçirilir.
Xocalıda yaşananlar Azərbaycan prezidentinin xüsusi proqramına uyğun olaraq, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, diaspora strukturları, o cümlədən Heydər Əliyev Fondu, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünyaya çatdırılır.
Biz dünyaya 26 fevralda Xocalıda hansı hadisələrin yaşandığını, bunun təməlində nəyin dayandığını çatdırmaq istəyirik.
Azərbaycan xalqına qarşı etnik soyqırım həyata keçirilib. Bunu da hazırda Ermənistana rəhbərlik edən bəzi şəxslər, o cümlədən Ermənistanın prezidenti də daxil olmaqla, Cənubi Qafqazda etnik separatçılıq hərəkatını başlayan və bu fonda bütün Qafqaz, postsovet məkanına qarışıqlıq gətirən, xalqları bir-birinə qarşı qaldıran, etnik təmizləmə siyasəti aparan bir qrup həyata keçirib. Biz əlbəttə, bu həqiqətləri dünyaya çatdırmaqla, heç də Azərbaycanda və bəşəriyyətdə erməni xalqına nifrət aşılamırıq. Biz erməni xalqını bu gün də düşmənimiz saymırıq. Amma erməni xalqının üzərində hakimiyyətə gələn və cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən cinayətkar insanları dünyaya tanıtmaq istəyirik. Erməni xalqının özü də bu insanlardan az çəkməyib”.
Ə. Həsənov bildirib ki, tarix boyu mövcud olan imperiyalar arasında müharibələr yaşanıb, Cənubi Qafqaza demək olar ki, əksər imperiyaların qoşunları ayaq basıb: "Bu ordular ayrı-ayrı vaxtlarda Azərbaycanı da işğal ediblər. Amma Cənubi Qafqaza ayaq basan heç bir qoşun ermənilərin törətdiyi vəhşilikləri törətməyib, bir gecənin içində bu qədər insana divan tutmayıb. Heç bir imperiya burada xalqlar arasında qırğınlara rəvac verməyib, bunu Cənubi Qafqaza yalnız ermənilər gətirib. Ermənilər özləri də bu qırğınlardan az çəkməyiblər, amma bütün dövrlərdə xalqları bir-birinə savaşdıraraq, bundan öz siyasi ambisiyaları üçün istifadə ediblər. Bizim dünyaya çatdırmaq istədiyimiz həqiqətin təməlində bir də bu dayanır”.
O, Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq tribunalardan Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağproblemi və onun fəsadlarına qiymət verdiyini xatırladıb: "Dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və sivil dünyaya meydan oxuyaraq bu gün bəşəriyyətin iradəsinə qarşı çıxması tendensiyasını dünyaya çatdırıb.
BMT-nin 4 qətnaməsini Ermənistan neçə illərdir ki, həyata keçirmir. Bu nə deməkdir? Bu o deməkdir ki, BMT və dünya birliyi həqiqət axtarışlarına hələ də lazımı dəstək verə bilmir. Bu o deməkdir ki, BMT hələ də öz funksiyalarını sona qədər yerinə yetirib, xalqların, dövlətlərin, millətlərin bu təşkilata etimad üzərində qurulmuş dünya idarəçilik sistemini lazımı səviyyəyə qaldıra bilmir. Bu o deməkdir ki, BMT-nin də bilavasitə iştirakı ilə yaranmış Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinə ikili standartlar çərçivəsindən yanaşaraq, haqqı haqq, nahaqqı nahaq kimi dəyərləndirə bilmir. Bütün bunların nəticəsidir ki, 24 ildir, biz Dağlıq Qarabağ faciəsinin nəticələrini aradan qaldıra, öz yurd-yuvasından didərgin salınmış Azərbaycan vətəndaşlarını geri qaytara, Cənubi Qafqazda sülhə, barışa nail ola bilmirik. Bunun da fəsadları bölgəni, Avropanı və dünyanı bürüyüb”.
Ə. Həsənov son 25 ildə Cənubi Qafqazda yaşanan proseslərin, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb:
"Bununla, gələcəkdə belə hadisələrin təkrarlamasının qarşısını almalıyıq. Xüsusi vurğulamaq istəyirəm ki, biz bütün bu hadisələri bəşəriyyətə çatdırmaqla, hər il bunların ildönümünü qeyd etməklə, son 5 ildə ciddi nəticələr verən bu kampaniyaları aparmaqla, bundan sonra belə hadisələrin baş verməsinin qarşısını almaq istəyirik. Erməni xalqının özünü də törətdikləri, onları təmsil edən, mandatını almış insanların əməlləri ilə tanış etmək istəyirik. İstəyirik ki, bir daha belə bəşəri cinayətlər baş verməsin, xalqlar məskunlaşdığı ərazidə sülh, qarşılıqlı anlaşma şəraitində yaşasın, onların arasına nifaq salınmasın, müharibələr törədilməsin”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi