17-02-2016 [13:26]
Millət vəkili Fazil Mustafa Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun fəaliyyətindən gileylənərək, onu bu region üçün böyük təhlükə adlandırmışdı. Sözügedən regiondan seçilən millət vəkili Sahib Alıyev isə "Şərqə” açıqlamasında həmkarının fikirləri ilə razılaşmadığını bildirib.
Parlament üzvü qeyd edib ki, hazırda Tərtərdə böyük quruculuq işləri aparılır.
Azinforum.az yaranmış təzadlı fikirlərə tam aydınlıq gətirmək üçün əslən Tərtər rayonundan olan tanınmış jurnalist Könül Quliyeva ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Könül Quliyeva son parlament seçkilərində məhz həmin rayondan deputatlığa namizəd olub.
Könül xanım Azinforum.az-a açıqlamasında bildirdi ki, Fazil Mustafanın Tərtərlə birbaşa əlaqəsi olmasa da, o, həmin rayonda çox hörmətə və nüfuza sahibdir:
![]()
"BQB-nin Tərtər təşkilatının sədri Zülfüqar bəyin haqsız həbsi ilə bağlı deyilənlər də həqiqəti tam əks etdirir. Əksər sakinlərimiz bu həbsi qanunsuz və ədalətsiz hesab edir. O ki qaldı Fazil bəyin rayonda gördüyü və eşitdiyi fikirləri gündəmə gətirməsinə, bunu bir tərtərli kimi tam alqışlayıram. Mövcud problemləri və əhalinin düşündüklərini ədalətli və cəsarətli şəkildə gündəmə gətirib. Sahib Alıyev hal-hazırda Tərtər rayonunun deputatı olduğu üçün onun icra başçısının mövqeyindən çıxış etməsi də anlaşılandır. Ola bilsin şəxsi və siyasi münasibətlər Sahib bəyə imkan vermir ki, problemləri səsləndirənləri dəstəkləsin. Tərtər rayonu öz strateji mövqeyinə görə çox mühüm bir ərazidə, düşmənlə təmas xətində yerləşir. Əlbətdə, ora diqqət daha çox olmalı və əhalinin qarşılaşdığı problemlər ciddi şəkildə gündəmə gətirilməlidir. Bu baxımdan da, öz müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, əhalinin məşğulluq problemlərindən tutmuş, yerli məmurların sakinlərə münasibətinə qədər xeyli problemlər var. Bu problemlər həllini tapmadıqca, sərhəddin bir addımlığında xoşagəlməz olaylar yaşana bilər. Əhalinin yerli idarəçilərdən narazılığı həddindən artıq çoxdur. Medianın bu məsələləri obyektiv gündəmə gətirməsi onların həllinə yardımçı ola bilər. Tərtərdə problemlərlə yaxından tanış olmaq istəyən şəxslərə burdan müraciət edirəm. Real vəziyyətlə bağlı şübhəniz varsa, sosial şəbəkələrdə fəal olan Tərtər sakinlərindən xahiş edin sizə istədiyiniz bilgiləri versin. Mobil telefon vasitəsilə həmin küçələrin videoçəklişlərini, şəkillərini əldə etmək çox asandır. Bunun üçün heç də, Tərtərə getməyə lüzum yoxdur.
Tərtərlilərlə aparacağınız 5 dəqiqəlik söhbət bəs edir ki, real vəziyyətlə obyektiv tanış olasınız. Ölkə rəhbərliyini də, bu həssas dönəmdə Tərtər rayonundakı vəziyyətə diqqət ayırmağa çağırıram”.
Xatırladaq ki, millət vəkili Fazil Mustafa Tərtərin icra başçısını bu region üçün böyük təhlükə adlandırıb:
"Tərtərə dostum Zülfüqar bəyin qızının vəfatı ilə əlaqədar ailəsinə baş çəkməyə getmişdim. Şəhərin içindəki mərkəzi küçələrin vəziyyəti məni dəhşətə gətirdi. Ötən il də eyni mənzərə idi. Hər yer qazıq-qazıq, yağış yağanda camaat nə zülüm çəkir, təsəvvür etmək mümkündür. Biz ötən dəfə Avropa Şurasında ermənilərin "Sərsəng” su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik.
Bu gün Tərtərdə olanda əmin oldum ki, "Sərsəng” su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır. Şəhər əməlli-başlı xarabazara çevrilib və bu səviyyədə biganəliyi heç bir rayonda müşahidə etmədim. Xüsusilə də sərhəddə yerləşən və ermənilərə sona qədər dirəniş göstərən, bu gün də bütün sıxıntılara rəğmən doğma ocağında yaşamağa davam edən bu fədakar Tərtər camaatının ümumiyyətlə icra başçısı sarıdan bəxti heç gətirməyib. Yeni təyin olunan da pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur. Məncə, ermənilərlə təmas xəttində olan rayonlarımızda icra başçısının doğru seçilməsi, bu bölgələrimizin həm də təhlükəsizliyinin təminatıdır”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi