Mingəçevir su anbarına balıq tutmağa gedən iki gənc yoxa çıxıb

img

11-03-2010 [06:48]


10 mart 2010-cu il tarixində axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyinin Samux rayon Polis Şöbəsindən belə məlumat daxil olub ki, Samux rayon sakinləri 1966-cı il təvəllüdlü Asif Yaqub oğlu Əhmədov və 1972-ci il təvəllüdlü Rəfail Kamal oğlu Vəliyev Mingəçevir su anbarında balıq tutmaq məqsədi ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Fövqəladə Hallar Nazirliyindən daxil olub. Məlumatda bildirilir ki, daxil olmuş müraciət əsasında 11 mart tarixindən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qeyd olunan su hövzəsində batdığı ehtimal olunan şəxslərin axtarışlarına cəlb olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA