16-02-2016 [22:23]
"European Tobacco Baku” ASC tütün şirkətinin İdarə heyətinin sədri, deputat Rüfət Quliyev daxili bazarda satılan siqaretlərdən bəhs edib.
Deputatın sözlərinə görə, hazırda insanlar arasında bahalı siqaretlərə tələbat azalıb: "Azərbaycanda bazar iqtisadiyyatıdır. Nəyə tələb varsa, ona da təklif var. Əgər tələb-təklif qanunu pozulursa, deməli, o məhsulun qiyməti aşağı düşməlidir. Proqnozum belədir ki, daha bahalı siqaretlərin satışı azalacaq və qiyməti aşağı düşəcək”.
Rüfət Quliyev qeyd edib ki, siqaretlərin 70-75 faizinin dadı eynidir: "Burada fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır”.
Görəsən, istehlakçının açıq-aşkar aldadılmasına görə (biz hələ Rüfət Quliyevin deputat ola-ola bizneslə məşğul olduğunu açıq şəkildə bəyan etməsini demirik) istehsalçı şirkətin vəzifəli şəxsləri hansı məsuliyyət daşıyır? Onları cinayət məsuliyyətinə cəlb etmək olarmı?
Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, istehlak istehsalçı şirkətin tələblərinə cavab vermirsə və keyfiyyətdə alıcıları aldatmaq məqsədi olubsa, Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə istehlakçıları aldatmağa görə cinayət məsuliyyətinə cəlb edilmək mümkündür:"Həmin maddəyə görə onlar cəzalandırlmalıdırlar. Lakin hər bir halda bu məsələlər araşdırılmalı və həmin məhsulun keyfiyyəti dəqiq, dürüst müəyyən edilməlidir. Keyfiyyətin tütün məmulatları üçün nəzərdə tutulan istehlak normasına uyğun olub-olmaması məsələsi araşdırılmalı və sonradan həmin şəxsin əməllərinə hüquqi qiymət verilməlidir. Bu faktlar təsdiq olunsa, onlar Cinayət Məcəlləsinin 200-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov siqaretlərin eyni formada istehsal edilməsinin tərəfdarı olduğunu deyir. O, istehsalçıların istehlakçıları cəlb etmək üçün siqaretlərin fərqli formada buraxıldığını söyləyir:"Siqaretin hamısı təhlükəlidir. Hətta yüngül olduğu deyilən siqaretlər də nikotin tərkibi baxımından təhlükəlidir. İnsanların cürbəcür siqaretləri istehlak etmələri mahiyyəti dəyişdirmir. Cürbəcür markada istehsal edilən məhsulun hamısının tərkibi eynidir. Heç bir siqaret nikotinin azlığına və onu tərgitməyə xidmət etmir. Siqaretlərin cəlbedici qablaşdırılması istehlakçıların siqaret çəkməyə cəlb edilməsi üçün qiymətləndirilə bilər”.(azadlıq.info)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi