16-02-2016 [21:59]
Ötən il baş verən oğurluq hadisəsi ilə bağlı bu gün Nəsimi Rayon Polis İdarəsinə çağırılan "Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlinin rəis, polis-polkovniki Musa Musayev tərəfindən təhqirlərə məruz qalması xəbəri ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu məlumatın tamamilə yalan olduğunu bildirib.
Mia.az Musavat.com-a istinadən həmin açıqlamanı təqdim edir:
""Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlinin fevralın 16-da Nəsimi RPİ-də İdarənin rəisi, polis polkovniki Musa Musayev tərəfindən guya təhqirə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır, böhtan xarakterlidir, baş vermiş hadisənin mahiyyətinin təhrif olunmuş, özünə sərf edən formada təqdimatından və qabaqdangəlmişlikdən başqa bir şey deyil.
Həqiqətən də ötən il sentyabrın 26-da "Əli və Nino” mağazaları şəbəkəsinin ofisində oğurluq baş verib, seyfdə saxlanılan 13.216 manat naməlum şəxslər tərəfindən aparılıb. Bu barədə məlumat daxil olan kimi dərhal polis əməkdaşlarından ibarət qrup hadisə yerinə gedib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib, həmin tədbirlər bu gün də davam etdirirlməkdədir. Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir. Bu kontekstdə Nigar Köçərlinin də şübhələndiyi, oğurluq baş verən zaman ofisdə olan bir neçə şəxs də polis tərəfindən dindirilib. Lakin görülən bütün tədbirlərə rəğmən, hələlik cinayəti açmaq mümkün olmayıb.
Məsələ ilə əlaqədar adıçəkilən xanım dəfələrlə İdarəyə dəvət olunub, burada onunla əməliyyat işləri üzrə rəis müavini Nadir Aslanov və digər məsul şəxslər tərəfindən cinayətin açılması istiqamətində müvafiq söhbətlər aparılıb, istintaq-əməliyyat tədbirlərinin gedişi barədə zəruri məlumatlar da verilib. Lakin bu iddialı xanım hər dəfə az qala ultimativ formada izahat tələb edərək İdarənin məsul əməkdaşlarını təxribata çəkmək istəyib, buna nail olmadıqda isə onları guya oğurluğu açmaqda maraqlı olmadlqları barədə şantaj edirmiş. N.Köçərli İdarənin rəis müavini Nadir Aslanovun və cinayət-axtarış şöbəsinin rəisi Orxan Axundzadənin cinayətin açılmasında guya maraqlı olmadıqlarını deyərkən, əlbəttə, yalan danışır və polis əməkdaşlarına qarşı qərəzini büruzə verir.
Adi məntiq də deyir ki, rəis müavini və CAŞ-ın rəisi rayon ərazisində baş verən istənilən cinayətin açılmasında öz vəzifə borclarına görə ən çox maraqlı şəxslərdir. Göstərilən istiqamətdə zəruri tədbirləri həyata keçirdiklərinə görə onların bu məsələdə laqeydlik göstərməsi heç mümkün də deyil. Sözügedən cinayət işinin icraatının guya dayandırılması barədə xanımın iddiaları da həqiqətdən uzaqdır.
Digər tərəfdən, məhz adları çəkilən şəxslərin də daxil olduğu istinntaq-əməliyyat qrupu ötən ilin əvvəllərində paytaxtın mərkəzində-"Nizami" küçəsində "Əli və Nino”nun mağazasında baş vermiş oğurluğu açaraq, təqsirkar şəxsləri məsuliyyətə cəlb ediblər".
Orxan Mansurzadə N.Köçərlinin fevralın 15-də məsələnin geniş formatda müzakirəsi üçün Nəsimi RPİ-yə dəvət edildiyini amma bundan imtina etdiyini deyir:
"Və nəhayət, N.Köçərli ilə söhbət bir gün sonra rəis müavini, İdarənin İstintaq və Cinayət axtarışı şöbələri rəislərinin iştirakı ilə Nəsimi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin kabinetində baş tutub. İndi bilərəkdən özünü ictimai rəyə mədəni, İdarə rəhbərliyini guya kobud şəkildə təqdidm etməyə çalışan xanım öz əsassız və məntiqsiz ittihamları ilə növbəti dəfə əsib-coşub və belə "mədəni" davranışı ilə təcrübəli polis əməkdaşlarını, sözün həqiqi mənasında, şoka salıb. Söhbət əsnasında N.Köçərli özünə nəzarəti itirib, səsinin tonunu qaldıraraq rəis müavini N. Aslanov barəsində etikadan kənar, normal, mədəni davranışla bir araya sığmayan təhqiramiz ifadələr işlədib və beləliklə, hansı səviyyənin yiyəsi olduğunu ortaya qoyub. İdarənin rəisi isə bu xanımı etikaya, intizama dəvət etməyə çalışsa da, N.Köçərli yenə öz ampluasında olub, sayğısızcasına, nümayəşkaranə şəkildə kabineti tərk edib.
Ona görə N.Köçərlinin Nəsimi RPİ-də guya təhqirə məruz qalması, təhdid olunması barədə söylədiklərinin heç bir əsası yoxdur Onun qabaqdangəlmişlik edərək məlum görüş barədə həqiqəti təhrif etməsi də ictimai rəyi aldatmağa hesablanıb”.
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı