16-02-2016 [16:27]
Ötən il baş verən oğurluq hadisəsi ilə bağlı bu gün Nəsimi Rayon Polis İdarəsinə çağırılan "Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli rəis, polis-polkovniki Musa Musayev tərəfindən təhqirlərə məruz qaldığını bildirib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Facebook hesabında yazan N.Köçərli bildirib ki, 2015-ci ilin sentyabrında "Əli və Nino” ofisindən 13.216 manat oğurlansa da, oğruları tapmaq mümkün olmayıb. O bildirib ki, beş ay ərzində Nəsimi rayon Polis İdarəsinə sorğu göndərsə də, sonda rəis müavini Nadir Aslanov və cinayət-axtarış idarəsinin rəisi Orxan Axundzadə ona açıq şəkildə bildiriblər ki, "bizə bu iş maraqlı deyil”.
N.Köçərli Nəsimi rayon Prokurorluğuna, Baş Prokurorluğa, DİN-ə və Prezident Aparatına şikayət ərizəsi yazdığını qeyd edib. Baş Prokurorluq şikayətə cavab olaraq bildirib ki, əl izləri ilə cinayətkarı müəyyən etmək mümkün olmayıb və işi dayandırmalı olublar.
Həmin işlə bağlı dünən Nəsimi rayon Polis İdarəsinə çağrılan N.Köçərli ona qarşı münasibətdən şoka düşdüyünü qeyd edib:
"Kabinetdə rəis Musa Musayevdən başqa, bölmə rəisi Oruc Rzayev və Orxan Axundzadə olub. M.Musayev məndən kobud şəkildə niyə şikayət yazdığımı soruşdu. Mən isə mədəni şəkildə izah etdim ki, başqa yolum yox idi. Cavabında Musa Musayev mənə qışqırdı, təhqiramiz ifadələr işlətdi. Onun qışqırığından və söyüşlərindən şoka düşərək kabinetdən çıxmağa çalışdım, lakin qapını bağlayaraq çıxmağıma mane oldular. Musa Musayev məni dəhşətli sözlərlə təhqir etdi və təhdid edərək kabinetdə qalmağımı tələb etdi”.
Hazırda nə edəcəyini bilməyən "Əli və Nino” kitab evinin sahibəsi hər kəsi ona dəstək olmağa çağırıb.
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər