16-02-2016 [15:16]
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin təşkilatçılığı ilə "Açıq hökumət"intəşviqivə korrupsiyaya qarşı mübarizə üzrəyeni Fəaliyyət Planları layihəsinin növbəti ictimai müzakirəsi keçirilib.
Bu barədə Strateq.az-a Şəbəkədən məlumat verilib.
Tədbirdə Şəbəkənin əksər üzvləri, dəbət olunmuş digər QHT nümayəndə və ekspertləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin təmsilçiləri, Avropa Şurasının Azərbaycan ofisinin nümayəndələri, ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən "Açıq hökumət"in təşviqivə korrupsiyaya qarşı mübarizə üzrəyeni Fəaliyyət Planlarının layihələri hazırlanıb.Şəbəkənin təşəbbüsü ilə digər QHT-lərin də iştirakı ilə artıq bir dəfə, hazırlanma mərhələsində layihələrin ictimai müzakirəsi keçirilib. Onun sözlərinə görə, bu təkliflərin bir qismi nəzərə alınıb. Bu müzakirədə vətəndaş cəmiyyətinin növbəti təklifləri və təşəbbüsləri səsləndiriləcək, Komissiya katibliyi əməkdaşları ilə müzakirə olunacaq.
Ə.Nuriyev qeyd edib ki, yeni Fəaliyyət Planları strukturu və forması ilə əvvəlkilərdən seçilir. Bu dəfə hər bir fəaliyyətin qiymətləndirilməsi indikatorları müəyyən olunub. İcraya məsul qurumlar konkret göstərilib. Vaxt çərçivələri də dəqiqdir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin əməkdaşı Kamal Cəfərov bildirib ki, vətəndaş cəmiyyətinin bütün təklifləri diqqətlə öyrənilir. Layihələrin hazırlanması prosesi davam edir və QHT-lərin təklifləri daxil olduqca, onlara baxılır. Ümumiyyətlə, Komissiya çalışır ki, Fəaliyyət Planlarının daha təkmil hazırlanması üçün vətəndaş cəmiyyəti ilə daha sıx əməkdaşlıq edilsin və onların potensialından tam istifadə olunsun.
Katibliyin əməkdaşı bu cür ictima müzakirələrin davam edəcəyini də vurğulayıb.
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov fiskal şəffaflıq, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinın eksperti Rövşən Ağayev dövlət orqanlarının büdcə vəsaitlərindən istifadə etməsi sahəsində hesabatlılığın artırılması, "Hüquq və inkişaf” İB-nin sədri Hafiz Həsənov vətəndaş müraciətlərinə baxılması praktikasının yaxşılaşdırılması, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, "Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İB-nin sədri Əhməd Abbasbəyli QHT-lərlə əməkdaşlıq, "Demokratiyanı öyrənmə” İB-nin sədri Mirəli Hüseynov Fəaliyyət Planlarının monitorinqi, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı dövlət orqanlarının hesabatlılığı, maliyyə nəzarətinin təmin olunması, informasiya əldə edilməsi mexanizmləri məsələləri ilə bağlı öz fikirlərini bildiriblər.
Ümumiyyətlə, tədbir iştirakçıları hər iki Fəaliyyət Planı layihəsində nəzərdə tutulan tədbirlərlə bağlı rəy və təkliflərini açıqlayıblar. Bütün təkliflər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın nümayəndəsi tərəfindən qeydə alınıb.İştirakçılardan isə digər əlavə məlumatları da elektron formada Komissiyanın Katibliyinə və ya Şəbəkəyə təqdim etmələri xahiş olunub. Eyni zamandatədbir çərçivəsində açıq hökumətin təşviqi sahəsində vətəndaş cəmiyyəti institutlarının səylərinin birləşdirilməsi qərara alınıb.
Tədbirdə iştirak edən Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə milli əlaqələndiricisi, millət vəkili Vüsal Hüseynov da səslənən təkliflərlə bağlı öz fikirlərini açıqlayıb.V.Hüseynov qeyd edib ki, Azərbaycan hökuməti hər iki Fəaliyyət Planının hazırlanmasında beynəlxalq praktikanı maksimum nəzərə almağa çalışır. Onun sözlərinə görə, QHT-lərin bu prosesdə yaxından iştirakı çox böyük töhfə verir. Bu prosesdə və Fəaliyyət Planlarının icarsı zamanı da QHT-lərlə əməkdaşlıq daha da dərinləşəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi