Səlim Müslümov əmr verdi; Yeni qurum yaradıldı, təyinatlar oldu

img

16-02-2016 [15:13]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Apelyasiya Şurası yaradılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmrə əsasən, Apelyasiya Şurasının əsasnaməsi təsdiq edilib və nazir müavini İdris İsayev Apelyasiya Şurasının sədri, nazirliyin struktur bölmələrinin məsul vəzifəli şəxslərindən ibarət 6 nəfər isə şuranın üzvləri təyin ediliblər. Apelyasiya Şurasının katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib.
İctimai əsaslarla fəaliyyət göstərəcək Apelyasiya Şurasının yaradılması sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA