Bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə ilə satılmasında dəyişiklik - Prezident sərəncamı

img

16-02-2016 [14:14]


Prezident İlham Əliyev Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

 

Fərmanda deyilir:

 

"Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli 709-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 34 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1063; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2.1-ci və 2.2-ci bəndlər ləğv edilsin.

 

2. 2.3-cü bənddən ", Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kadastr məlumatları əsasında” sözləri çıxarılsın.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA