16-02-2016 [12:15]
Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında hazırda Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun başçılığı ilə Bakının bütün tikinti şirkətlərinin rəhbərləri ilə növbədənkənar görüş keçirilib.
Toplantı ölkə başçısının tikinti sektorunda canlanma yaradılması, korrupsiya və rüşvət hallarının tam aradan qaldırılması ilə bağlı verdiyi kəskin xəbərdarlıqlardan sonra reallaşıb.
Məlumata görə, prezidentin Bakıda həyata keçirilən tikinti işləri ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı göstərişləri var. Həmin göstərişlərə əsasən qeyd olunan neqativ hallar aradan qaldırıldıqdan sonra əhalinin tikintidən yararlanması üçün əlverişli şəraitin yaradılacağı gözlənilir. Belə ki, qiymətlərin yarıbayarı aşağı düşəcəyi bildirilir. Hətta Bakının müxtəlif əraziləri üzrə tikintilərin kvadratmetrinin hansı qiymətlə satılacağı da müəyyənləşdirilib.
Elə bu tədbirlər çərçivəsində bu gün qeyd etdiyimiz kimi, FHN-də fövqəladə görüş başlayıb.
Məlumat üçün bildirək ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkədə tikinti sektorunda iş adamlarının əsas narazılıq etdiyi qurumlardan biri olub. Məhz bu gün tədbirdə iştirak edən agentliyin rəisi Cəbrayıl Xanlarovla iş adamları arasında gərginlik yaşanıb. Sahibkarlar nazirin şəffaflığın təmin olunması və bundan sorna heç bir maneənin olmayacağı ilə bağlı vədindən sonra Cəbrayıl Xanlarovun indiyə qədər yaratdığı problemləri açıq şəkildə ifadə edərək nazirin diqqətinə çatdırıblar.
Kəmaləddin Heydərov isə artıq hər bir çətinliyin geridə qaldığını, bundan sonra iş adamlarına əsas qarantın dövlət başçısı tərəfindən verildiyini qeyd edib. Görüş hazırda davam edir(Qafqazinfo).
***
"Bu görüşdə məqsəd respublikada tikinti işlərinin sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasıdır".
APA-nın məlumatına görə, bunu bu gün tikinti sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, son 12 ildə Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri tikinti sektoru olub:
"Həm dövlət investisiyaları, həm xarici, həm də yerli investorlarn iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Biz fəxr etməliyik ki, Bakı və digər şəhərlərimizdə aparılan tikinti-quruculuq işləri yüksək qiymətləndirilir, qonaqlar Bakının möcüzəli şəkildə inkişafını öz gözləri ilə görürlər”.
Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əvvəllər Dövlət Tikinti və Arxitektura Komitəsinin nəzdində olub, həmin vaxt tikinti işlərinin aparılması ilə bağlı sənədləşmə 245 gündən çox çəkirdi:
"Agentlik Fövqəladə Hallar Nazirliyinin tərkibinə veriləndən sonra isə bu müddət əhəmiyyətli dərəcədə azalıb, sənədləşmə asanlaşıb. Artıq iş adamları apardıqları tikinti işləri ilə bağlı çatışmazlıqlar barədə onlara verilən kodlarla onlayn sistemdə məlumat alacaqlar, bunun üçün əlavə vaxt itkisi olmayacaq”.
K. Heydərov qeyd edib ki, lisenziyalar ləğv edilib, ancaq tikinti işlərinin keyfiyyətli aparılması nəzarətlə saxlanılacaq.
***
"Gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. İş adamlarının problemləri İctimai Şurada müzakirə olunacaq, aradan qaldırılması üçün tədbirlər görüləcək”.
Bunu bu gün tikinti sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, yeni Tikinti və Şəhərsalma Məcəlləsi aparılan hüquqi islahatların tərkib hissəsi kimi hazırlanıb:
"Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Bu gün tikinti sahəsində istifadə olunan materialların əksər hissəsi Azərbaycanda istehsal olunur. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi