16-02-2016 [12:12]
Millət vəkili Fazil Mustafanın Tərtərin icra başçısı Müstəqim Məmmədovun yarıtmaz idarəçiliyinə sərt etirazına sözügedən rayonun deputatı Sahib Əliyevdən cavab gəlib.
Xatırladaq ki, millət vəkili Fazil Mustafa Tərtərin icra başçısını bu region üçün böyük təhlükə adlandırıb:
"Tərtərə dostum Zülfüqar bəyin qızının vəfatı ilə əlaqədar ailəsinə baş çəkməyə getmişdim. Şəhərin içindəki mərkəzi küçələrin vəziyyəti məni dəhşətə gətirdi. Ötən il də eyni mənzərə idi. Hər yer qazıq-qazıq, yağış yağanda camaat nə zülüm çəkir, təsəvvür etmək mümkündür. Biz ötən dəfə Avropa Şurasında ermənilərin "Sərsəng” su anbarı vasitəsi ilə törədə biləcəyi ekoloji təhlükə ilə bağlı ciddi bir sənəd qəbul etmişdik.
Bu gün Tərtərdə olanda əmin oldum ki, "Sərsəng” su anbarından daha böyük təhlükə bu rayonun icra başçısıdır. Şəhər əməlli-başlı xarabazara çevrilib və bu səviyyədə biganəliyi heç bir rayonda müşahidə etmədim. Xüsusilə də sərhəddə yerləşən və ermənilərə sona qədər dirəniş göstərən, bu gün də bütün sıxıntılara rəğmən doğma ocağında yaşamağa davam edən bu fədakar Tərtər camaatının ümumiyyətlə icra başçısı sarıdan bəxti heç gətirməyib. Yeni təyin olunan da pis əməlləri ilə özündən əvvəlkinə rəhmət oxutdurur. Məncə, ermənilərlə təmas xəttində olan rayonlarımızda icra başçısının doğru seçilməsi, bu bölgələrimizin həm də təhlükəsizliyinin təminatıdır”.
Mia.az xəbər verir ki, Fazil Mustafanın bu ittihamlarına Tərtərin deputatı Sahib Alıyev "Şərq”ə açıqlamasında cavab verib. O, həmkarının fikirləri ilə razılaşmadığını deyib:
"Bu, birmənalı şəkildə belədir. Tərtərdə tez-tez oluram. Məsələn, ötən həftə getmişdim. Bu həftə də gedəcəm. Tez-tez gedib, gəldiyim yerdir. Bütün məsuliyyətimlə deyirəm ki, hər getdiyimdə rayonun yaxşılığa doğru dəyişdiyini görürəm. Küçələrin vəziyyəti ilə bağlı deyilənlərə gəlincə, deyim ki, bu rayonun su-kanalizasiya sistemi yenidən qurulur. Özü də işlər yalnız indiki əhalinin sayı deyil, 30 il sonrakı demoqrafik durumu nəzərə alınaraq aparılır. Sistem yenidən qurulursa, təbii ki, müəyyən küçələrdə qazıntı işləri aparılmalıdır. Su-kanalizasiya sistemi elə bir sistemdir ki, onu yuxarı ilə aparmaq olmur. Ona görə də, küçələrin qazılması təbiidir. Bu belədir.
Tərtərin hər bir qarışını gəzən şəxs kimi deyirəm ki, bu rayonda böyük quruculuq işləri gedir. Bir faktı deyim ki, bir zamanlar Tərtərin mərkəzinin belə həsrət qaldığı işıq dirəkləri indi cəbhənin 80, 100 və 200 metrliyində yerləşən küçələrdə gecə-gündüz yanır.
Baxın, hazırda Bakının elə qəsəbələri var ki, orda işıq fasilələrlə verilir. Amma Tərtərdə bu hal qeydə alınmır. Həmin rayondan olan bir millət vəkili kimi və ya Tərtərin hər bir qarışını tanıyan şəxs kimi öz məsuliyyətimlə bildirirəm ki, bu belədir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi