16-02-2016 [10:47]
"Müdafiə Nazirliyinin Təşkilat və Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirovun məmur övladlarının hərbi xidmət keçməsi barədə səsləndirdiyi fikirlər həqiqətdir. Mən özüm də ayrı-ayrı vaxtlarda şəxsən bu halların şahidi olmuşam”.
Bunu azvision-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib. Ekspertin sözlərinə görə, yüksək çinli məmurların övladları istər sabiq müdafiə naziri Səfər Əbiyevin, istərsə də hazırki nazir, general-polkovnik Zakir Həsənovun dövründə də hərbi xidmətə yollanırlar.
"Həqiqi hərbi xidmət hər bir vətəndaşın konstitusion borcudur. Digər tərəfdən, bu gün qanunvericilik həqiqi hərbi xidmət keçməmiş şəxslərin bir sıra sahələrdə vəzifə tutmasına mane olur. Bu da öz növbəsində sosial durumundan asılı olmayaraq vətəndaşların həqiqi hərbi xidmət keçməsinə zərurət yaradır”.
R. Süleymanov bir neçə tanınmış nazir müavininin, icra başçısının oğlunun ön xəttə xidmət etdiyinin şahidi olub: "Mən bir neçə dəfə belə halın şahidi olmuşam. Nazir müavinlərindən birinin və tanınmış icra başçısının övladı bir illik hərbi xidmətini cəbhədə, ön xətdə keçirib. Hətta çəkiliş zamanı onlar kadra düşməkdən, müsahibə verməkdən imtina ediblər. Onlar bəzilərindən fərqli olaraq, hərbi xidmətini ön cəhbədə keçirmələrini reklam eləmədilər. Sabiq müdafiə naziri Səfər Əbiyevin övladı Mingəçevirdə Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsində xidmət edib. Eşitdiyim qədər, Ombudsmanın nəvəsi də Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət edib. Amma arxa hərbi hissələrdə də xidmət edən millət vəkili, nazir müavini, icra başçısının övladlarını görmüşəm”.
Ekspert qeyd edib ki, hərbi xidmət keçməyənlərin bəzi sektorlarda işə qəbul edilməmələri, tətbiq edilən məhdudiyyətlər, eləcə də digər təsiredici faktorlar son illərdə Azərbaycanda hərbi xidmətdən yayınma hallarının azalmasına səbəb olub: "Rastlaşdığımız bəzi hallar var ki, vətəndaşlar hərbi xidmətə getmək üçün cəhdlər edirlər. Məsələn, mən özüm səhhətində qüsuru olan gənclərin bunu həkim komissiyalarından gizlədərək hərbi xidmətə getmək cəhdlərinin şahidi olmuşam. Hətta ona verilən möhlət hüququnu belə yarımçıq dayandırıb, hərbi xidmətini çəkmək üçün müraciət edənlər var. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytındakı sual-cavab bölməsinə baxdıqda bununla bağlı nə qədər müraciətin olduğunu aydın görmək mümkündür”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi