Gürcüstanda yazayan azərbaycanlıların təhsil sahəsindəki vəziyyət müzakirə olunub

img

11-03-2010 [04:19]


Bu gün Media Mərkəzində Qafqaz Araşdırmalar M ərkəzinin təşkilatçılı ilə Gürcüstanda yaşayan Azərbaycanlıların təhsildəki vəziyyəti ilə əlaqədər tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə ilk, öncə Qafqaz Araşdırmalar M ərkəzinin sədri Kamran Ramazanlı çıxış edib: ?Azərbaycandakı təhsillə Gurcustandakı təhsil arasında çox böyük fərq var. Azərbaycanda təhsil müddəti 11 il Gürcüstanda 12 ildir. Gürcüstan orta ümumtəhsil məktəblərində Azərbaycan Tarixi və Azərbaycan Coğrafiyası fənni tədris olunmur. Əksinə Azərbaycanda isə bu fənnlər tədris olunur?. Məsələ ilə bağlı çıxiş edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev qeyd edib ki, təhsil Azərbaycan dilli ümumtəhsil məktəblərində müəllimlərin yaşı 60-ı keçib. Onun sözlərinə görə, artıq kadr çatışmamazlığı yaranıb: ?Bu vəziyyətdə davam edərsə, 10 il ərzində Azərbaycan dilli məktəblərin böyük bir hissəsi bağlanılacaq?. Əli Babayev onu da vurğulayıb ki, bu il 25 azərbaycanlı tələbə xaricdə təhsilə göndəriləcək. Gürcüstan ? Azərbaycan Əlaqələr Cəmiyyətinin sədri Əli Kərimli isə çıxışında bildirib ki, Azərbaycan dövlətinin köməyi əsasında sözügedən sahədə mövcud olan problemləri aradan qaldırmaq mümkündür. Sonda tədbir təşkilatçıları Gürcüstanda yaşayan Azərbaycanlıların təhsildəki vəziyyəti ilə əlaqədər prezident İlham Əliyevə müraciət ünvanlayıb. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA