Yeni nazirdən sələfinə qarşı daha bir həmlə - Əli Abbasovun ən sadiq adamlarından biri də "vuruldu"

img

15-02-2016 [17:30]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir şöbə müdiri vəzifəsindən azad edilib.

Mia.az Publika.az-a istinadən xəbər verir ki, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov işdən çıxarılıb.

Nazirliyin mətbuat xidməti məlumatı təsdiqləyib.

Bildirilib ki, bir neçə gün əvvəl A.Bayramov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə hələ ki təyinat yoxdur. 

Mia.az xəbər verir ki, Bayramov sabiq nazir Əli Abbasovun ən sadiq komanda üzvlərindən biri olub. Əli Abbasov onu 2004-cü ildə nazir təyinatından dərhal sonra rektoru olduğu İqtisad Universitetindən rabitəyə məsul vəzifəyə gətirmişdi. 

Son məlumatlara görə, yeni nazir Ramin Quluzadə məhz bu səbəbdən Ayaz Bayramovu gəldiyi gündən sıxışdırmağa başlamışdı. O üzdən də, o, postunu tərk etməyə məcbur qalıb... 

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA