Zəvvarların təhlükəsizliyi üçün protokol imzalanacaq

img

11-03-2010 [03:33]


"Azərbaycan bu il may ayının 2-də Səudiyyə Ərəbistanı krallığı ilə ikitərəfli protokol imzalayacaq". Bu barədə məlumatı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə verib. Onun sözlərinə görə, bu sənəddə Həcc ziyarəti zamanı zəvvarların hüquqlarının qorunması, təhlükəsizliyin təmin olunması və digər məsələlər əks olunacaq. Bütün Qafqazın şeyxi Xarici İşlər Nazirliyinin İraqa səfərlə bağlı ötən gün etdiyi xəbərdarlığa da münasibət bildirib. A.Paşazadə, İraqa da belə bir protokolun imzalanması üçün müraciət edilsə də indiyədək həmin müraciətə heç bir cavab verilmədiyini deyib. O, bildirib ki, İraq hökumətindən ora ziyarətə gedənlərin təhlükəsizliyinə zəmanət ala bilmədikləri üçün nazirliyin İraqa səfər etməmək barədə xəbərdarlığını olduqca zəruri hesab edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA