Daha bir qurum yaradıldı, nazir müavininə vəzifə verildi - Təyinat

img

15-02-2016 [10:34]


"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciəflərinə baxılmasında şəffaflığın və obyektivliyin təmin edilməsi, habele sahibkarların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apelyasiya Şurasına kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sədr təyin edilib. Altı nəfərdən ibarət olan Şuranın tərkibinə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları, katibliyə isə Nazirliyin məsul əməkdaşları daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA