Metroda problem- sərnişinlər təxliyə edildi

img

15-02-2016 [10:22]


Bu gün səhər saatlarında Bakı metrosunun Dərnəgül - Həzi-Aslanov xətti ilə hərəkət edən qatarlardan birində nasazlıq yaranıb.

"Dərnəgül”-"Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər "20 Yanvar” stansiyasında boşaldılıb, qatar depoya göndərilib.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarda baş verən nasazlıqla bağlı təxminən 20 dəqiqəlik gecikmə müşahidə olunub.

"Hazırda nasazlıq aradan qaldırılıb. Elə bir ciddi problem yoxdur. İnterval bərpa olunub”(AzVision).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA