Azərbaycanda siqaret ucuzlaşacaq - Rəsmi

img

15-02-2016 [10:21]


"Ölkədə az satılan siqaretlərin qiyməti aşağı düşəcək”

Bunu AzVision.az-a "European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri, millət vəkili Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, hazırda insanlar arasında bahalı siqaretlərə tələbat azalıb: "Azərbaycanda bazar iqtisadiyyatıdır. Nəyə tələb varsa, ona da təklif var. Əgər tələb-təklif qanunu pozulursa, deməli o məhsulun qiyməti aşağı düşməlidir. Proqnozum belədir ki, daha bahalı siqaretlərin satışı azalacaq və qiyməti aşağı düşəcək”.

R.Quliyev qeyd edib ki, siqaretlərin 70-75 faizinin dadı eynidir: "Burada fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA