Nazir müavininə ağır itki - Mərhum Heydər Əliyevin yaxın sılahdaşı vəfat etdi

img

14-02-2016 [14:55]


Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynovun atası Sabir Hüseynov dünyasını dəyişib.

Nazir müavinin atası Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin yaxın silahdaşı olub.

Sabir Hüseynov 25 yaşında ikən Kirovabadın (indiki Gəncə) prokuroru təyin edilib, sonradan Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Şəxsən Heydər Əliyevin təkidi ilə Azərbaycan Kommunist Partiyasının mərkəzi aparatında inzibati şöbənin müdiri vəzifəsinə gətirilir ki, respublikanın bütün güc strukturları həmin şöbəyə tabe idilər.

Sabir Hüseynov son nəfəsinə kimi Heydər Əliyevə və onun ideyalarına sadiq qalıb. Məhz o, insanları toplayaraq, Binə hava limanında Heydər Əliyevin qarşılanmasını təşkil etmişdi.

Sabir Hüseynovun cənazəsi sabah saat 10-da Təzəpir məscidindən götürüləcək. (haqqın.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA