Türkiyə ordusu Suriyada əməliyyata başladı - Son dəqiqə

img

13-02-2016 [21:32]


Türkiyə ordusu PKK-nın Suriya və İraqdakı hərbi qanadı olan YPG/PYD bazalarını "Fırtına" toplarıyla vurmağa başlayıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 17.45-də başlanan ağır toplarla vuruşlar bu dəqiqələrə qədər davam edir. PYD-nin Azez şəhərini ələ keçirməsinə qarşı düzənlənən bu top atəşləri az sonra bölgədə PYD-nin bütün bazalarını əhatə etməyə başlayıb.

Türk qaynaqları bildirir ki, bu hücumlar hələki bu qaydada davam edəcək: "Məqsəd Türkiyə sərhədlərinə yaxınlaşmaqda olan PYD-nin uzaqlaşdırılması, eyni zamanda, bir yandan Əsəd, bir yandan da PKK-çıların Hələbdəki müxalif qrupları mühasirəyə alaraq, onları Türkiyə ilə qurudan birləşdirilən yeganə dəhlizini kəsməsinin qarşısını almaqdır".

Məlumatda o da qeyd olunur ki, bu gün Ərzurumda çıxış edən baş nazir Əhməd Davudoğlu da Hələbi əlində saxlayan Azad Suriya Ordusunu sonadək müdafiə edəcəklərini bildirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA