QMi sədri Allahzükür Pazazadəyə ?Aypara və ulduz? ordeni verilib

img

11-03-2010 [01:48]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ?İNTERSAFETY? terrorizmə, korrupsiyaya, narkomaniyaya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsinin və BMT-nin Təltiflər İttifaqının ali dərəcəli ?Aypara və ulduz? ordeni ilə təltif edilib. Ordeni bütün Qafqazın şeyxinə ?İNTERSAFETY? terrorizmə, korrupsiyaya, narkomaniyaya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsinin təmsilçisi Vəli Yusifov təqdim edib. V.Yusifov bildirib ki, ötən il təsis olunan orden Allahşükür Paşazadəyə beynəlxalq aləmdə müsəlmanların mənəvi inteqrasiyasının dərinləşməsi üçün uzunmüddətli və davamlı fəaliyyətinə, sülh və tolerantlığın təmin olunması məramına, Qafqazda etniklər və konfessiyalararası münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfələrə görə verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA