Komitə sədrinin müavininə vəzifə verildi - Səyyad Salahlı yeni quruma da rəhbərlik edəcək

img

12-02-2016 [18:38]


Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Mia.az DQİDK-yə istinadən xəbər verir ki, Şuraya Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin olunub.

Altı nəfərdən ibarət Apellyasiya Şurasına Dövlət Komitəsinin mərkəzi aparatına daxil olan şöbələrin müdirləri, katibliyə isə Komitənin məsul əməkdaşları daxildir.

Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri Əhməd Cavad 12 ünvanında – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA