12-02-2016 [17:45]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvələrnin keçiridiyi dəbdəbəli həyat tərzinə dair görüntülər son günlərin müzakirə mövzusudur.
Məlumata görə, sözügedən videoda görüntülənən və qiyməti minumum 150 min dollardan başlayan bu avtomobillər həm markalarına, həm də "zerkalnı” nömrələri ilə şəhər sakinləri arasında çox məhşurdur. Videodan da göründüyü kimi Ə.Həsənovun nəvələri 3 bahalı avtomobili qatar şəklində saxlayıblar. Hətta maşınların seriya nömrələri də bir-birinə bənzəyir. Videonu göndərən şəhər sakini deyir ki, Sumqayıtda "Əli Şamiloviç”in (Əli Şamil oğlu Həsənov xalq arasında daha çox bu adla tanınır) adına hətta maraqlı lətifələr də dolaşıb. Əli Şamiloviçin aldığı evlərin sayı o qədər çoxdur ki, yerli sakinlər "O nədir ki, hər "padyez”də ondan var?” – deyə bir-birlərinə cavabı bəlli suallar verirlər.
Digər bir maraqlı məqam isə Əli Həsənovun aldığı əmək haqqıdır. O, Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875, toplam 3906 manat maaş alır. Maraqlıdır bu məvaciblə komitə sədri nəvələrinə dəyəri yarım milyona yaxın olan (hələlik bizə məlum olan) maşınları, eləcə də Sumqayıtdakı mənzilləri necə alıb?
Xatırladaq ki, ölkə başçısı bir neçə dəfə məmurların iştirak etdiyi müşavirədə onların və övladlarının bahalı həyat tərzi keçirimələri ilə bağlı sərt xəbərdarlıq edib. Prezident bir neçə dəfə çıxışında "məmur xalqın qulluqçusu olmalıdır, xalqın ən birinci qulluqçusu da mənəm” deyib. Ancaq görünən odur ki, məmurlar bu tənqidlərdən heç bir nəticə çıxarmırlar. Və xalqdan qulluqçu kimi istifadə edirlər.
Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev aim.az-a söyləyib ki, cənab prezident məmurlara özlərinin və ailə üzvlərini davranışlarına dair dəfələrlə tapşırıqlar verib:"ANS telekanalı da hər 5 dəqiqədən bir cənab prezidentin məmurlarla bağlı fikirlərini verir ki, qulaqları kar, gözləri kor olan məmurlar bunu eşitsinlər. Amma görünür pullarının çoxluğu gözlərini örtüb. Ataları, babaları ən böyük vəzifədədir. Qaçqınların dərdinə qalmaqdan başqa hər bir şeyin dərdinə qalırlar. O video görüntüləri və fotoları biz də görmüşük. Sözsüz ki, çox üzücüdür. Bizdə üzülürük ki, baş nazirin müavinin övladları və nəvələri gör hansı vəziyyətdədirlər. Bu hal ictimaiyyətdə qıcıq doğurur. Hər halda prezidentin köməkçiləri həmin faktları dövlət başçısının stolunun üstünə qoymalıdır. Belə şeylərə baxmaq üçün prezidentin vaxtı olmur. Aparsın köməkçiləri. Niyə aparmırlar? Niyə prezidentə düzgün məlumat çatdırmırlar? Bu qədər köməkçisi var. Aparıb, desinlər ki, cənab prezident sizin müşavirədə söylədiklərinizin heç birinə əhəmiyyət vermirlər. Prezident də tədbir görsün.”
Təşkilat sədrinin sözlərinə görə, həmin məmur və nəvələri prezidentə xəyanət edirlər:"Millətə demək istəyirlər ki, prezidentin dediklərini saymırıq. Heç kimi vecimizə almırıq. Bizim üçün qanunlar işləmir. Bu məmləkəti dolayırıq. Məsələnin mahiyyəti budur. Hər halda, prezidentə bunları çatdırmırlar. Çox ciddi işlər görülməlidir. Xalq öz etirazını bildirməlidir. Harınlaşmış məmurlara sözünüdeməlidir. Həmin faktlar yayıldıqdan sonra partiyamızın rayon təşkilatları bizə müraciət etdilər ki, gedib, Əli Həsənovun ofisi qarşısmda piket keçirək ki, bu nə hadisədir. Birmənalı şəkildə saymazlıqdır. Bunun başqa adı yoxdur.”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi