12-02-2016 [16:25]
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bu gün rayonun Dərvişli kəndində, Dərvişli, Aşağı Cürəli, Əsgərabad kəndlərinin ziyalıları, sahibkarlar, torpaq mülkiyyətçilərinin iştirakı ilə görüş keçirib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri və kəndlərin sakinləri iştirak ediblər.
Görüşdə çıxış edən Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın son illərdə qazandığı nailiyyətlərdən danışaraq bildirib ki, bu gün dünyada baş verən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam edir:
"Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiya sayəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halının daha da yaxşılaşması, dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi və milli dövlətçilik maraqları təmin edilir.Cənab Prezidentimiz dünyada və regionda gedən proseslərə baxmayaraq daima öz vətəndaşını düşünür və əhalimizin yaxşı yaşaması naminə əlavə tədbirlər görür. Cənab İlham Əliyevin birbaşa rəhbərliyi və dəstəyi ilə icra olunan proqramlar imkan verəcək ki, bu böhranlı vaxtlarda da ölkəmiz inkişaf etsin, əhalimizin sosial vəziyyəti daha da yaxşılaşsın. Ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə sahibkarlara və torpaq mülkiyyətçilərinə hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda da bu istiqamətdə müvafiq tədbirlər aparılır. Sahibkarlar və mülkiyyətçilərin qarşılaşdığı problemlərin operativ həlli, onlara köməkliklərin göstərilməsi və təkliflərinin dinlənilməsi və araşdırılması məqsədilə Biləsuvar rayon icra Hakimiyyətində müvafiq Qərargah yaradılmış və "Qaynar xətt” (295-02-11) istifadəyə verilmişdir. Daxil olan hər bir müraciət və təkliflərin dəqiqliklə araşdırılaraq dərhal icrası istiqamətində işlər aparılması üçün rayon İcra Hakimiyyətində Apellyasiya Şurası fəaliyyətə başlayıb. Bundan əlavə qərargah rayonun inkişafı məqsədilə görüləcək işlər, yaradılacaq iş yerləri barədə araşdırmalar aparmışdır".
M.Quliyev bildirib ki, Biləsuvar rayonu əsasən kənd təsərrüfatı rayonu olduğu üçün rayonda ilk növbədə bu sahədə əhəmiyyətli irəliləyiş əldə olunmalı, heyvandarlıq inkişaf etdirilməli və yeni iş yerləri yaradılmalıdır.
Xüsusilə pambıqçılıq Biləsuvar rayonunda becərilən ənənəvi kənd təsərrüfatı sahəsidir. Sovetlər dövründə rayonda pambıqçılıq ən inkişaf etmiş sahəsi olmaqla əhalinin əsas gəlir mənbələrindən olmuşdur.Bu sahənin inkişafı üçün Biləsuvar rayonunun əlverişli şərait vardır. Son illər pambığın alış qiymətinin aşağı olması və hektara çəkilən xərclərin artması gəlirlərin azalmasına səbəb olduğundan torpaq mülkiyyətçilərində bu sahəyə maraq müəyyən qədər azalmışdır.Ölkə başçısının tapşırığına əsasən, pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradacaqdır.Rayonda fəaliyyət göstərən 2 pambıqtəmizləmə zavodunun, pambıq sahələrinin becərilməsində və məhsul yığımında istifadə olunan texnikaların olması, bu sahədə böyük potensiala malik təcrübə və marağı olan işçi qüvvəsinin olması pambıqçılığın rayonda inkişafına daha da böyük imkanlar yaradır".
M.Quliyev deyib ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında da Prezident kənd təsərrüfatı sahələrinə bir çox güzəştlərin olunacağını bildirib:
"Hazırda kənd təsərrüfatı ilə, xüsusilə pambıqçılıqla məşğul olan fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı müəyyən tədbirlər hazırlanır. Kəndlərdə heyvandarlıq inkişaf etdirilməli və bu sahədə məhsuldarlığın artırılması məqsədilə müasir texnoloji yeniliklərdən istifadə olunmalıdır".
Görüşdə "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov çıxış edərək, deyib ki, rayonlarda aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mülkiyyətçilərə kənd təsərrüfatı kreditlərin verilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılmasına köməkliklər göstərirlər: "Hər bir mülkiyyətçi bu məsələlərlə bağlı təşkilata müraciət edə bilər".
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Dərvişli, Aşağı Cürəli, Əsgərabad və Muğankənd kəndlərinin sakinlərinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verib.
Sakinlər tərəfindən qeyd olunan hər bir problem və təkliflər ümumləşdirilərək icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən kəndlərin sakinləri çıxış edərək ölkə rəhbərinin diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək, İlham Əliyevin siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.
Görülən bütün bu işlərin sonda ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini xüsusi vurğulayıblar.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi