12-02-2016 [14:54]
"Azərbaycanda milli mənəvi dəyərlərin, multikulturalist ideyaların təbliğində vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri geniş imkanlara malikdir və onların bu sahədə rolunu getdikcə artırmağa çalışırıq".
Bu fikri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a müsahibəsində deyib.
Əli Həsənov bildirib ki, son zamanlar ölkəmizdə kütləvi informasiya vasitələrinin əhatə dairəsi getdikcə genişlənir:
"Gün ərzində əhalinin 75 faizindən çoxu televiziyaları, internet resurslarını izləyir, qəzet oxuyur. Odur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan məmurlar multikulturalist ideyaların yayılmasında, milli mənəvi dəyərlərin zənginləşdirilməsində, əhalinin bu istiqamətdə maariflənməsində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən KİV-in imkanlarından daha geniş istifadə etməlidirlər".
Regionlarda ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərə toxunan Əli Həsənov deyib:
"Bu görüşlər regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısının verdiyi tapşırığa uyğun olaraq keçirilir.
Bunun da bir neçə məqsədi var. Məqsədlərdən biri budur ki, əvvəla mərkəzi icra hakimiyyəti orqanları rayon əhalisi ilə daha sıx təmasda olsun. İctimaiyyət nümayəndələrinin hakimiyyət orqanları ilə bağlı təklifləri, rəyləri, ideya və təşəbbüsləri ümumiləşdirilərək həyata keçirilən islahatlar prosesində istifadə edilsin.
Azərbaycan Prezidenti müəyyənləşdirdiyi yeni iqtisadi kursa müvafiq olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında mühüm vəzifələr qoyub. Həmin görüşlərdə bu vəzifələr əhaliyə çatdırılır, yerlərdə onun izahı verilir. Bundan məqsəd ictimaiyyətin təşəbbüsləri ilə dövlətin yürütdüyü siyasəti birləşdirərək bu proqramlara dinamizm vermək, rayonlarda əhalinin, icra strukturlarının və bütövlükdə vətəndaş təşəbbüslərinin koordinasiyasını həyata keçirmək, islahatların daha sürətlə və effektiv aparılmasına şərait yaratmaqdır.
Digər məqsədlər də var: İnsanların məsuliyyətini artırmaq, yerli resursları işə salmaq, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı Prezidentin təşəbbüslərinin həyata keçirilməsində insanların dəstəyini təmin etmək, rayonlarda sahibkarlıq mühitini daha da təkmilləşdirmək, neqativ halların aradan qaldırılması üçün əhalidən gələn istək və arzuları ümumiləşdirmək və s.
Yəni, məqsəd genişdir və bu istiqamətdə də işlər davam etdirilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi