Ərəblərin Azərbaycandakı istirahəti - FOTOALAR

img

12-02-2016 [13:46]


Zəngin ərəblər qış istirahətləri üçün də Azərbaycana üz tutublar. ANS PRESS-in məlumatına görə, ərəblər istirahət üçün bu dəfə qış turizmi mərkəzlərindən biri hesab edilən Qəbələdə istirahətə üstünlük veriblər. Onlar Tufandağdakı istirahət mərkəzində qarın keyfini çıxarıblar. 

Qış istirahətlərini əks etdirən fotoları isə "İnstagram" hesablarından paylaşıblar. Zəngin ərəblər paytaxt Bakıda da gəziblər. 

Ölkəmizdə istirahət edən ərəblərin lüks həyat tərzinə baxsaq onların şeyx ailələrinin üzvləri, şahzadələrin yaxınları olduğunu demək olar. 

Ərəblərin Azərbaycan keyfi...
Ərəblərin Azərbaycan keyfi...
Ərəblərin Azərbaycan keyfi...
Ərəblərin Azərbaycan keyfi...

Ərəblərin Qəbələdə istirahətləri

Bu zəngin ərəblərin ölkəmizə ilk səfərləri deyil. Belə ki, daha öncə də onlar dəfələrlə Azərbaycana ov üçün üz tutublar. Onların arasında Dünyanın ən zəngin varislərindən biri Dubay Şahzadəsi, eləcə də kral ailsinin üzvləri də olub. Həmdan bin Məhəmməd bin Rəşid dostları ilə Mil-Muğan bölgəsində ov edib, Bakının görməli yerləri, Qız Qalası, İçəri Şəhər də olub. Şahzadə səfərinin fotolarını da İnstagram da paylaşıb. 


Ərəblərin Azərbaycan keyfi...
Ərəblərin Azərbaycan keyfi...
Ərəblərin Azərbaycan keyfi...
Ərəblərin Azərbaycan keyfi...
Ərəblərin Azərbaycan keyfi...

Azərbayacana ova gələnlər arasında hətta keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları da olub. 

Ərəblərin Azərbaycan keyfi...
Ərəblərin Azərbaycan keyfi...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA