12-02-2016 [11:31]
Azərbaycanda sözün əsl mənasında general bolluğu var. Əlimizdə rəsmi statistika olmasa da, hazırda Azərbaycanda bu rütbəni daşıyanların sayı təxminən 200 nəfər ətrafındadır. Hər il onların sayı daha 10-15 nəfər artır.
Müqayisə üçün bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, şəxsi heyəti2 milyon 285 minnəfər təşkil edən Çin ordusunda generalların sayı cəmi191nəfərdir. Almaniya Ordusunda202,qardaş Türkiyə Ordusunda isə cəmi364general rütbəsi daşıyan zabit var.
Azərbaycanda generalların sayının belə fantastik həddə çatması, hələ ki, 20 ildən artıqdır işğal altında olan torpaqlarımızın taleyinə zərrə qədər təsir etməsə də, ilk baxışdan gələcəyə müəyyən ümid yarada bilər. Lakin təəssüf ki, kənardan belə görünsə də ki, müharibə başlayacağı halda bu qədər generalı olan Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə zəfər qazanmaqdan başqa şansı yoxdur, reallıqlar başqa mətləblərdən –kəmiyyət hələ keyfiyyət demək deyil məntiqindən xəbər verir. Yəni ortaya sual çıxır: Hər general rütbəsi daşıyan zabit, əsl generaldırmı? Reallıqlarla tanışlıq deyir ki, əsla yox! Azərbaycanda əsl generalların sayı 10-15 nəfər olar da, olmaz da!
Bu reallıqlarla tanışlıq baxımından "AzPolitika”ya təqdim olunan bir fakt xeyli düşündürücüdür.Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin –Abdullayev Zaur Qasım oğlununhazırda general-mayor rütbəsini daşımasından gedir. İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavinidir. Bu xidmətin rəisi isə general-leytenant Arzu Rəhimovdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında 15 avqust 2005-ci il tarixli Fərmanından görünür ki, Zaur Qasım oğlu Abdullayev həmin ilbaş leytenantrütbəsində DSX-da xidmətdə olub. 7 il sonra – 17 may 2012-ci ildə Z.Abdullayevə polkovnik rütbəsi verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib.2014-cü ildə rəisin birinci müavini təyin edilib, 2015-ci ilin fevral ayında isə çiynindən general-mayor rütbəsi asılıb.
Yəni cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib.
Hazırda qüvvədə olan hərbi nizamnaməyə görə, baş leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlmək üçünZaur Abdullayevə, nə az-nə çox, düz 22 il vaxt lazım idi!Lakin göründüyü kimi, o, cəmi 10 ilə nəinki polkovnik, hətta general-mayor rütbəsini belə çiynindən asmağa nail olub. Normalda Z.Abdullayevin buna nail olmaq üçün çox ciddi uğurları, hərbi şücaəti, hətta Vətən qarşısında misilsiz xidmətləri və qəhrəmanlıqları olmalı idi (Əgər belə xidmətlər varsa, onları öyrənməyə və oxucularımıza da çatdırmaqdan şad olardıq-R.Ə).
Maraqlıdır, görəsən hörmətli generalımız DSX, Səfərbərlik Xidməti kimi döyüş bölgəsindən uzaq xidmət yerlərində hansı qəhrəmanlıqları edə bilib ki, belə fantastik uğura nail olub?
Yoxsa ona da general rütbəsi kiminsə kürəkəni, qardaşı, qardaşı oğlu və ya qudası olduğu üçün ad günü hədiyyəsi kimi verilib?
azpolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi