6 məcburi köçkün ailəsinin yazadığı ev yandı, 4 yazlı qız yanaraq öldü

img

10-03-2010 [05:26]


Bakı şəhəri, Xətai rayonunda 6 məcburi köçkün ailəsinin yaşadığı və ümumi sahəsi 150kv.m. olan tikilidə yanğın baş verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, yanğın nəticəsində tikili tamamilə yanıb. Yanğın saat 08:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı 2006-cı il təvəllüdlü Rəksanə Ramin qızı Məmmədovanın cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA