11-02-2016 [19:41]
Xalq artisti Aygün Kazımova son günlərin müzakirə mövzusuna çevrilmiş mövzuyla bağlı yenidən açıqlama yayıb.
"Qafqazinfo”ya daxil olan açıqlamada müğənni xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib:
"İlhamə Quliyeva zaman-zaman Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahan və digər sənətçilər haqda xoş olmayan ifadələr səsləndirib. Bəs o zaman mən niyə öz haqq səsimi qaldırmamışam? Çünki adlarını çəkdiyim xanımlar sənətdə yetərincə sözlərini demiş güclü xanımlardır. Onların mənim dəstəyimə ehtiyacları olmayıb. Bundan əvvəlki müraciətimdə səsləndirdiyim fikri bir daha yada salıram. Bu Aygün-İlhamə qalmaqalı deyil. Son günlər baş verənləri jurnalistlərin bu cürə qələmə verməsini istəmirəm. Mənim haqq səsimi bu günlərdə qaldırmaqda səbəbim yazıq hala salınmış, çarəsiz qalmış bir ananın , bir şəhid bacısının, təhqir olunmuş, döyülmüş bir qadının qorxu dolu fəryadına dözə bilməməyim oldu. Bu qadının hamıdan çox dəstəyə ehtiyacı var idi. Çünki o tək idi. Mən bunu etdim, amma yenə də qarşı tərəf əsas mövzunu unutdurmaq üçün əlindən gələni edir. Bütün baş verənləri İlhamə-Aygün qalmaqalı ətrafına istiqamətləndirir. Bir daha sizi əsas mövzudan, mətləbdən uzaqlaşmamağa səsləyirəm. İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun mətbuata son açıqlaması da əsas mövzudan yayındırmaq şousunun bir hissəsidir. Ana və oğulluğun müxtəlif vaxtlarda verdikləri müsahibələrdə mənim haqq səsimi ucaltmağımı Natavan Həbibinin adını hallandırıb, onu səbəb kimi gündəmə gətirirlər. Amma bu çox yanlış və məntiqsizdir.
İndi isə keçək, mənim Ilhamə Quliyevanın oğlunun həbs olunması ilə bağlı səsləndirdiyim fikirlərə əks tərəfin reaksiyasına. Bəli, mən faktlarla danışıram. Həmin şəxsin həbs olunması uzun müddət mətbuatın gündəmində oldu. Mətbuatdan xatırlatmalara ehtiyac varsa, bir daha nəzərinizə çatdırıram.
Mətbuata istinad: Azərbaycanın xalq artisti İhamə Quliyevanın oğlu Orxan Nadirov 2008-ci il may ayının 8-də Milli Təhlükəsizlik Nazirlinin keçirtdiyi əməliyyat nəticəsində xidmət etdiyi hərbi hissədə həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü maddəsi: (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlanma, istehsal etmə, əldə etmə , saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunub. Barəsində üç aylıq həbs qəti imkan tədbiri seçilib.
Mətbuatdan olan növbəti istinad: 14 yanvar 2016-cı il xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və dostu Vüqar Bəkirov Heydər Əliyev adına hava limanında saxlanılıb və Binəqədi Rayon Polis İdarəsinə gətirilərək Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil veriliblər. Hər iki şəxsdən heç yerə getməməsi barədə iltizam alınıb. Orxan Nadirovun və onun tanışının azad edilməsi heç də onların barəsində cinayət işinin başlanmadığını söyləməyə əsas vermir.
Bu faktları ki, mən özümdən demirəm?! Mən hər zaman kimi 4-cü hakimiyyətimizdə, mətbuatımızda gedən xəbərləri izləyirəm və ona istinadən söyləyirəm.
Mənim nəslimə baxmağımı təklif edən İlhamə Quliyevanın oğulluğu! Hə, niyə oğulluğu deyirəm, bu mövzuda da danışmaq istəyirəm. Çünki zaman-zaman elə mətbuatda Orxan Əhmədağa oğlu Nadirov İlhamə Quliyevanın doğma övladı deyil, müğənninin xalası qızı Lalə xanımın oğludur. "İlhamə Quliyeva Orxanı oğulluğa götürüb” kimi yazılar yazılıb. İndi isə bu şəxs məni nəslimə baxmağa çağırır? Mən Aygün Kazımova Ələsgər qızı. Atam Kazımov Ələsgər Kazım oğlu, atamın atası Kazımov Kazım, anam Kazımova Fizzə Ələkbər qızı, anamın atası Ələkbərov Ələkbər. Atam Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda dünyaya gəlib. Anam isə İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndində. Özüm isə Bakı şəhərində dünyaya gəlmişəm. Baxın, bu mənim nəslim. O isə onun nəsli.
Qaldı ki, açıb ortalığa qoymalı məsələlərə, varsa, desin. Mənim şəxsən özümə də çox maraqlıdır. Mənim bu xalqdan gizlətdiyim heç nə yoxdur. Həyatımda baş verən hər bir hadisəni, dərdimi, sirrimi, sevincimi, nifrətimi, sevgimi, xəyanətimi hər zaman tamaşaçımla bölüşmüşəm. Mənim sirdaşım tamaşaçım olub. Hələlik sonuncu sözüm isə qələtlə bağlıdır. Hərfi tərcümədə "qələt” "səhv etmək” mənasındadır. Hər bir insanın bu həyatda səhvi olub. Amma elə səhvlər var ki, o, bağışlanmır. Etdiyi səhvi isə başqasının boynuna atmaq heç bağışlanmır. İndi isə siz mənə deyin, qələti kim edir?”
Qeyd edək ki, O.Nadirov Aygün Kazımovanın "İlhamə anasını döyürdü, onu pilləkəndən yıxdığı üçün öldü” sözlərinə münasibət bildirib:
"Aygün çox böyük qələt edir. Bunu açıq aşkar onun özünə də deyə bilərsiniz. Əgər bu sözlərimdən sonra sözü olsa, zəng etsin mənə. O hadisə ehtiyatsızlıqdan olub”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi