11-02-2016 [19:36]
Fevralın 11-də Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib. Həmin qərarlara əsasən, hökumət hüquqları pozulan gənc fəallara 83min 600 avro ödəməlidir. Bundan başqa, şikayətçilər barəsində yerli məhkəmələrin çıxardığı qərarları ləğv edib, yenidən araşdırmalıdır.
"Azadlıq” radiosu Avropa Məhkəməsinin saytına istinadən bildirir ki, hər iki iş gənc fəalların 2011-ci ildə Bakıda keçirilən etiraz aksiyaları ilə bağlı olub. Şikayətdə gəncləri polisin saxlaması və onlara həbs cəzalarının verildiyi deyilir. Gənc fəalları məhkəmədə İntiqam Əliyev, Əshabəli Mustafayev və Ramin Mustafazadə təmsil ediblər.
Birinci işdə şikayətçilər İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadədir. Şikayətçilər martın 31-i və aprelin 2-dəBakıdakı etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılıblar. Onlar qaba rəftara məruz qalıb və inzibati qaydada həbs ediliblər. Yerli məhkəmələr onların şikayətlərinin heç birini təmin etməyib.
Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində birləşmək (maddə 11), ədalətli məhkəmə araşdırması (maddə 6), azadlıq və toxunulmazlıq (maddə 5) hüquqlarının pozulmasının tanınmasını, dəymiş zərərin kompensasiya edilməsini xahiş etmişdilər.
Bu işdə Avropa Məhkəməsi ərizəçilərin birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqlarının pozuntusunu tanıyıb. Məhkəmə qərarına əsasən, hökumət 3 ərizəçinin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə cəmi 6 min avro ödəməlidir.
İkinci işdə isə şikayətçilər gənc fəallar Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevdir. Onlar 2011-ci ilin mayında «Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi» adından Bakıda etiraz aksiyası keçirmək istəyiblər. Polis onların planladığı aksiyanı zorla dağıdıb. İnzibati qaydada həbs edilən fəallara vəkilə çıxış imkanı verilməyib.
Bu işdə ərizəçilər birləşmək (maddə 11), ədalətli məhkəmə araşdırması (maddə 6), azadlıq və toxunulmazlıq (maddə 5) və ifadə azadlığı (maddə 10) hüquqlarının pozuntusunun tanınmasını, dəymiş zərərə görə təzminat ödənilməsini istəmişdilər.
Avropa Məhkəməsi bu işdə də hesab edib ki, ərizəçilərin birləşmək, ədalətli məhkəmə, azadlıq və toxunulmazlıqhüquqları pozulub. Məhkəmə bu işdə ifadə azadlığı hüququnun pozuntusunu tanımayıb. Məhkəmə qərarına görə, hökumət ərizəçilərin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə 5 min 600 avro ödəməlidir.
Qərarlar Azərbaycan hökuməti şikayət verməzsə, 3 ay sonra qüvvəyə minəcək.
Onu da qeyd edək ki, son zamanlar Avropa Məhkəməsində Azərbaycanla bağlı çıxarılan qərarların sayı xeyli artıb. Beynəlxalq məhkəmə 2015-ci ildə Azərbaycanla bağlı hüquqların pozuntusunu tanıyan 30 qərar qəbul edib. 2014-cü ildə belə qərarların sayı 11 olmuşdu.
Son olaraq onu da bildirək ki, Avropa Məhkəməsi 2016-cı ildə Azərbaycanla bağlı ilk qərarını fevralın 4-də elan edib. Məhkəmə həmin qərarında jurnalist Hilal Məmmədovun hüquqlarının pozuntusunu tanıyıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi