11-02-2016 [19:34]
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında İsveç Krallığının Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı səfiri xanım İnqrid Tersmanla görüş keçirilib.
Şuranın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə xanım İnqrid Tersman Azərbaycan və İsveç arasında bir çox sahələrdə səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb.
Səfir Azərbaycanda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti və Şuranın fəaliyyəti haqqında məlumat almaq istədiyini bildirib.
Şura sədri Azay Quliyev Şuranın yarandığı gündən QHT-lərə konsultativ, informasiya, təşkilati-texniki, maliyyə və metodik dəstək verdiyini deyib. Ötən 8 il ərzində Şura 4500-dən artıq yerli QHT-nin , 2013-cü ildən isə 60-a yaxın xarici QHT-lərin layihəsini maliyyələşdirib.
Şura sədri QHT-lərlə bağlı qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərin əsas məqsədinin QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılığı artırmaq və effektiv koordinasiyanı təmin etmək olduğunu səfirin diqqətinə çatdırıb.
A.Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində indiyədək hər hansı irəliləyişin əldə olunmamasına görə obyektiv və ədalətli mövqe tutmayan beynəlxalq ictimaiyyətin böyük məsuliyyət daşıdığını da qeyd edib.
ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edən A. Quliyev 2007-ci ildə BMT Baş Assambleyasının iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” qətnamənin əleyhinə səs verən 7 ölkədən 3-nün həmsədr ölkələr olduğunu vurğulayıb: "Bu yaxınlarda ATƏT PA-da Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" adlı hesabatın müzakirəsi ilə bağlı Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanat faktiki olaraq Ermənistanın müdafiəsinə yönəlib. Həmsədrlər bu bəyanatla digər beynəlxalq təşkilatların problemin həllinə töhvə verməsinə qarşı çıxmış və bu məsələnin inhisarlarından kənara çıxmasına razı olmadıqlarını bəyan edib”.
Şura sədri İsveçin adıçəkilən münaqişənin həlli prosesində daha aktiv rol oynamasının və münaqişə ilə bağlı həqiqətlərin Avropanın siyasi dairələrinə çatdırılmasında səylərinin artırmasının vacibliyini də bildirib.
Xanım İnqrid Tersman da öz növbəsində İsveç Krallığının xarici işlər naziri, xanım Margot Vallströmin bu günlərdə Azərbaycana etdiyi səfərində qeyd olunan məsələlərin müzakirə edildiyini bildirib. Xanım İnqrid Tersman bu səfərin iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini göstərdiyini deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi