"Hər manatımızı sayırıq ki, artıq xərcə yol verməyək" - Rövnəq Abdullayev

img

11-02-2016 [16:15]


"SOCAR-ın Heydər Əliyev prospektində yerləşəcək yeni inzibati binasının tikintisi şirkətə olduqca ucuz başa gəlib". 

Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev gənc neftçilərlə görüşü zamanı bildirib.

"Baş ofisimizin tikintisi plana uyğun davam edir. Hazırda kompüterləşmə işlər gedir. Lakin pulumuz yoxdur ki, bu işləri yekunlaşdıraq. İnanın ki, hər bir manatı sayırıq ki, artıq xərcə yol verməyək. Mənim planlarıma görə, dekabrda, Yeni il öncəsi o binaya köçməli idik. Sonra düşündüm ki, Novruz Bayramında köçərik. İndi amma görürəm ki, Novruz Bayramına da çatdırmayacağıq", - deyə R. Abdullayev bildirib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA