11-02-2016 [15:47]
«İndiki məmurlar bir qədər sırtıqlaşıblar və hər hansı bir xəbərdarlıq, tənqid bunlara təsir eləmir».
Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib.
Onun sözlərinə görə, bu məmurlar özlərini cəmiyyətdən o qədər təcrid ediblər ki, ətraflarından başqa heç kimi, heç nəyi görmürlər: «Dünən mərhum prehident Heydər Əliyevin müşavirəsinin videosu yayılmışdı. Orda məmurlardan necə hesab sorduğu, nə cür sərt qərarlar verdiyi əks olunur. Mənə belə gəlir ki, indiki məmurlara da bu cür davranmaq lazımdır. Hazırda məmurlar çox böyük saymamazlıq edirlər. Özlərini üzdə başqa cür göstərirlər, guya işə can yandırırlar, arxada isə xəyanət yolu tuturlar. Bu adamlar xalqın heysiyyatı ilə oynayırlar. Özlərinin, ailələrinin, övladlarının davranışları Azərbaycan xalqını qıcıqlandırır. Sanki bununla çalışırlar ki, xalqı dövlətin, prezidentin üzərinə qaldırsınlar».
«Xəyanətkar məmurlarla üz-üzə daynıb satqınlıq elədiklərini sübut edə bilərəm»
MMP sədri deyir ki, bu gün ortada özlərini gözə soxmağa çalışan məmurların heç biri prezidentə sadiq deyil. Onun sözlərinə görə, bu xəyanətkarların əməllərini faktalra sübut etməyə hazırdır: «Xəyanətkar məmurlarla üz-üzə daynıb satqınlıq elədiklərini sübut edə bilərəm. Üzlərinə deyərəm ki, yalan danışırsız, prezidentə bağlılığınız yoxdur. Sadəcxə olaraq, prezidentin adından istifadə edib, yalandan ona sədaqətli görünüb eyş-işrət içində yaşayırlar. Onlar prezidentə sədaqətli olsaydılar, Prezidentə yaxın olan, həyatını ona qurban vermiş insanları incitməzdilər. Bu adamlar hər vasitə ilə çalışırlar ki, bütün islahatları əngəlləsinlər, xalqa zülm eləsinlər. Bu adamlar illər boyu milyonqlar yığıb xaricə daşıyıblar. İndi ölkənin bu ağır günündə heç biri tükünü də tərpətmir. Nə olar ki, kislələrinin başını açıb xərcləsinlər, ölkə də ağır durumdan çıxsın. Vaxtiylə mənə can-can deyəndə indi uzaq gəlirlər, hətta bizə qarşı təzyiqlə danışanlar var. Səbəb də odur ki, niyə prezidenti dəstəkləyirəm. Mən bu cür təzyiqlərə fikir verən deyiləm, ölənə kimi də əziz qardaşımın arxasında dayanacağam və mübarizəmi davam etdirəcəyəm. Bu gün Cavid Qurbanovun müsahibəsini oxudum. Çox maraqlı məqamlara toxunub. Bəli, bir balaca vəziyyət gərginləşən kimi nankor adamların iç üzü açıldı. Hanı bunların sadiqliyi? Sabah vəziyyət daha da kritikləşsə, necə olacaq? Bunların hamısı qaçıb gedəcək».
«Heydər Əliyevin nişanını döşündən asan yalançılar vəzifə başındadırlar»
H.Hacıyev qeyd edib ki, vaxtiylə Heydər Əliyevin də ünvanın olmazın hədyanlar yağdıranlar var idi. Onun sözlərinə görə, Heydər Əliyevin çörəyini yeyib ondan donos yazanlar da az olmayıb: «İndi də İlham Əliyevin çörəyini yeyənlər ona xəyanət edirlər. Bu gün ağzını açıb gözünü yumanlar o vaxt Heydər Əliyevdən donos yazırdılar, amma mən o vaxt da əlimdən gələn dəstəyi vermişəm. Sizi inandırım ki, bu hakimiyyət dönəmində milyonlar qazanmış məmurların bir çoxu sabah ekstermal situasiyada prezidentin arxasında dayanmayacaq. Heydər Əliyevin nişanını döşündən asan yalançılar vəzifə başındadırlar. Əgər bunlar belə sadiqdirlərsə, nəyə görə ölkədə bir dənə iş yeri açmırlar? Axı, siz milyardları bu ölkədə qazanmısız, niyə bu ölkənin ağır durumda pulları xaricə daşıyırsız? Dünənə qədər Hafiz Hacıyevə can-can deyənlər mövqelərini dəyişiblər. Niyə? İlham Əliyevi müdafiə etmək nə zamandan yanlış olub? Bu adamlar xirtdəyə qədər xəyanətə bulaşıblar, gözləri heç nəyi görmür. Hakimiyyətdəki bəzi məmurlar sabotajla məşğuldurlar. Həmin adamlara üzümü tutub deyirəm ki, yaxın vaxtlarda faktlarla çıxış edib, ifşa edəcəyəm».
İlham Əliyev yaltıq məmurlara qarşı daha sərt olmalıdır
Partiya sədri onu da deyib ki, yaxın vaxtlarda prezident İlham Əliyevlə görüşüb konkret detallarla məlumat verəcək. «Görürəm ki, bu adamlar özlərini süni aparırlar. Prezidenti görəndə ona yaltaqlanırlar. Amma rəhmətlik Heydər Əliyevin müşavirədə sərhəd qoşunlarının komandanını necə məşhər ayağına çəkməsi, sonra da işdən çıxarması nümunə olmalıdır. Mən istərdim ki, qardaşım İlham Əliyev də dədəmiz kimi o məmurları ayağa qaldırıb cəzalandırsın. Döşlərinə Heydər Əliyev nişanı taxıb ölkənin var-yoxunu talan edirlər. Hansınız prezidentin dar günündə ortaya çıxıb kömək etdiniz? Ona görə də bu yaltaqlara qarşı sərt addımlar atılmalıdır. Son günlər rayonlarda görüşlər keçirirlər, amma sıravi camaat görüşlərdə iştirak edə bilmir. Büdcə təşkilatların rəhbərləri ilə görüş keçirməyin nə mənası var? Bəyəm prezident sizə bunu tapşırıb? Ölkədə vəziyyət günü-gündən pisləşir, məmurlar isə yalnız öz ciblərini düşünürlər. İmkan versinlər ki, iş bilənlər ortaya çıxıb hərəkət eləsin. Heydər Əsədov daxili istehsalı bərbad günə qoyub, yalançı statistika verməklə məşğuldur. Bu gür adamlardan yaxa qurtarmaq lazımdır», - deyə H.Hacıyev fikrini tamamlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi