İH-dən ərəblərin Bakıda ərazi alması xəbərinə - Reaksiya

img

11-02-2016 [11:00]


Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsinin ərəb şeyxləri tərəfindən alınması ilə bağlı məlumat yayılıb.

Məlumata görə, ərəblər "Çermet" adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərini alıblar.

Məsələ ilə bağlıAzNews.az-a açıqlama verən Nərimanov İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov yayılan məlumatları əsassız adlandırıb:

"Nərimanov rayonunda gedən yenidənqurma işləri prezidentin sərəncamı əsasında həyata keçirilir. Yol infrastrukturunun yenidən çəkilməsi və genişləndirilməsi zamanı Ziya Bünyadov prospekti və Həsən Əliyev küçəsinin davamı olaraq Böyük Şor ərazisindən keçən yeni hissədə Nərimanov İcra Hakimiyyəti "Azəryol” ASC və Maliyyə Nazirliyi ilə birlikdə ərazidə yola düşən hissələri siyahıya alıb. Əhalinin köçürülməsi tərəfimizdən həyata keçiriləcək.

Orada ərəbin, ingilisin, hər hansı bir əcnəbi şirkətin ərazi alıb əhalini köçürülməsi şayiədən başqa bir şey deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA