10-02-2016 [21:38]
"The Express” qəzetinin yazdığına görə, Strategic Forecasting özəl araşdırma şirkəti yaxın onillikdə dünyanın siyasi-iqtisadi mənzərəsinin proqnozunu verib.
Bu proqnoza əsasən, yaxın gələcək siyasi çaxnaşmalar, maliyyə təlatümləri və daimi terror təhlükəsi ilə zəngin olacaq.
Qəzet yazır ki, Strategic Forecasting-in hesabatındakı bəzi məqamlar həqiqətən də dəhşətlidir.
Dörd Avropa
Hesabata görə, bu onillikdə Avropa dörd yerə parçalanacaq.
Avropanın "yeni parçaları” Qərbi Avropa, Şərqi Avropa, Skandinaviya və Britaniya adaları kimi tanınacaq.
Proqnoza görə, bu hissələr arasında əməkdaşlıq və ümumiyyətlə münasibətlər zəifləyəcək.
Hesabatda deyilir ki, ola bilsin, Avropa İttifaqı bir təsisat kimi qalmaqda davam edəcək, lakin ölkələr arasındakı iqtisadi, siyasi və hərbi əlaqələr daha çox ikitərəfli müqavilə və razılaşmalara əsaslanacaq.
Çin iqtisadiyyatı tənəzzüldə olacaq
Proqnoza görə, Çin, yaxın on ildə siyasi xaosla üzləşəcək. Hesabatda deyilir ki, Çinin yenicə başlanmış iqtisadi yavaşıması qarşıdan gələn on ildə tənəzzülə çevriləcək.
Bütün bunlar ümumi narazılığa və Kommunist Partiyasına qarşı etirazlara gətirib çıxaracaq.
Proqnoza görə, Çin Kommunist Partiyası daha barışdırıcı mövqe tutmaqdansa, daha sərt tədbirlərə əl atacaq.
Çinin əsas problemləri, onun ölkə sərvətini əhali arasında düzgün paylaşmamasından irəli gələcək. Ümumilikdə ölkənin iqtisadi inkişafı son dərəcə azalacaq.
"Putin üsyan edən Moskvanı görəcək"
Hesabatda deyilir ki, Rusiya süqut edəcək.
"Vladimir Putin üsyan edən Moskvanı öz gözləri ilə görəcək” – deyilir hesabatda.
Moskvaya qarşı üsyan olmasa da, Moskva Rusiya Federasiyasının geniş ərazisi üzərində nəzarəti itirəcək.
Hesabata görə, parçalanmış Rusiyanın fraqmentləri ayrı-ayrılıqda mövcud olacaq.
ABŞ daha dərin özünütəcrid yolunu tutacaq
Strategic Forecasting bildirir ki, ABŞ bütün dünyada ən böyük iqtisadiyyat olaraq qalsa da, dünyanın qalan hissəsindən daha dərin özünütəcrid yolunu tutacaq.
Birləşmiş Ştatlar dünyadakı münaqişələrə daha az müdaxilə etməyə çalışcaq.
Hesabatda deyilir ki, növbəti onillik ərzində Birləşmiş Ştatlar beynəlxalq aləmdə daha az görünəcək.
Quran İncildən daha rəhmlidir?
"The İndependent” qəzeti yazır ki, xüsusi kompüter proqramı vasitəsilə aparılmış mətn təhlili İncilin Qurandan daha "zorakı” olduğunu aşkar edib.
Müqəddəs kitablar arasında tekstoloji baxımdan ən sərti Əhdi-ətiq çıxıb.
İncil – Əhdi-ətiq (Qədim əhd) və Əhdi-cədid (Yeni əhd) adlı iki kitabdan ibarətdir.
Birinciyə həm yəhudilərin, həm də xristianların tapındığı halda, ikincisi sırf "Xristian kitabı” sayılır.
Sözü gedən təhlilin nəticələrinə görə, bu üç kitabın arasında tekstoloji baxımdan ən sərti Əhdi-ətiqdir. Sərtliyə görə ikinci yerdə Əhdi-cədid gəlir. Təhlil Quranın bu iki kitabdan daha "mərhəmətli” olduğunu göstərib.
"Zorakılıq və dağıntı”
"The İndependent” yazır ki, mətnşünaslar "zorakılıq və dağıntı” ilə bağlı sözlərə Xristian kitablarında Qurandan daha çox rast gəliblər.
Kompüter proqramları mühəndisi Tom Anderson apardığı analizin nəticələrini əks etdirən bloqda yazıb ki, onun belə bir təhlilə müraciət etməsinə səbəb hansı müqəddəs kitabın daha zorakı olduğu barədə davam edən ictimai debatlar olub.
Qərb mediasında bir sıra şərhçilər İslam təməlçiliyindəki zorakılıqların Qurandan qaynaqlandığı barədə fikir yürürdürlər.
Mühəndis yazır ki, o, özünün yaratdığı Odin Text adlı proqramla İncilin Yeni Beynəlxalq Versiyasını və Quranın ingiliscə 1957-ci il nəşrini təhlil edib.
Qəzəb və inam
Anderson deyib ki, kompüter proqramı verilən tapşırığı iki dəqiqə ərzində yerinə yetirib.
Proqram üçün sözlər – Sevinc, Gözlənti, Qəzəb, İkrah, Kədər, Təəccüb, Qorxu/Nigarançılıq və İnam kimi kateqoriyalara bölünüb.
Təhlil göstərib ki, İncildə "qəzəb”, Quranda isə "inam” emosiyası üstünlük təşkil edir.
Sonrakı təhlillər Əhdi-ətiqin Əhdi-cədiddən daha zorakı olduğunu nümayiş etdirib. Əhdi-ətiq Qurandan iki dəfə artıq zorakı olaraq qiymətləndirilib.
Anderson bildirib ki, ümumi nəticəyə görə İncilin Əhdi-ətiq kitabı müqəddəs kitabların arasında ən zəhmlisi olub.
Bu, məzmun yox, mətn təhlilidir
"Ölüm və dağıntı” emosiyaları Əhdi-cədiddə (2,8 faiz) Qurandan (2,1 faiz) bir qədər artıq olub.
Əhdi-ətiq üçün bu rəqəm 5,3 faiz kimi qiymətləndirilib. Proqramın müəllifi xəbərdarlıq edib ki, o, öz təhlili ilə İslamın daha zorakı olub-olmadığını müəyyən etmək məqsədini qarşıya qoymayıb. Anderson bildirib ki, Əhdi-ətiq, Əhdi-cədid və Quran İudaizmin, Xristianlığın və İslamın yeganə "ədəbiyyatı” deyil.
Proqramçı bir daha vurğulayıb ki, onun təhlili məzmun yox, sadəcə söz və ifadələrin riyazi analizinə söykənib.
BBC
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi