Akademikdən yeni nazirə ittiham - Açıqlama

img

10-02-2016 [17:45]


"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nəsimi adına Dilçilik İnstitutunun "Qaynar xətt”inin fəaliyyətə başlaması üçün bizə kömək etmir”.

APA-nın xəbərinə görə, bunu akademik Teymur Kərimli AMEA-nın Humanitar Elmlər Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı zamanı deyib. O qeyd edib ki, Dilçilik İnstitutunun "Qaynar xətt”i 2014-cü ildə işə düşməli idi: "Nazirlik institutu lazımi avadanlıqlarla təmin etmədiyindən "Qaynar xətt” hələ də işə düşməyib. Ümid edirik ki, nazirliyin yeni rəhbərliyi bu məsələdə bizə kömək edəcək”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA